Humanizm dəyərlərinə sadiqliyin daha bir nümunəsi

Bildiyimiz kimi Möhtərəm cənab Prezident İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilmişdi. Sərəncamda da qeyd edildiyi kimi müstəqil və suveren dövlətə sahib olmaq, milli-mənəvi dəyərlərə, həmrəylik, humanizm, ədalət və qanunun aliliyi prinsiplərinə əsaslanan inkişaf etmiş cəmiyyət qurmaq yüzillər boyu Azərbaycan xalqının ən böyük arzusu olmuşdur. Tarixin müxtəlif mərhələlərində kənar müdaxilələrə, məhrumiyyətlərə baxmayaraq xalqımız milli kimliyini, mübarizə ruhunu qoruyub saxlamış, öz ideallarına həmişə sadiq qalmış və XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa etmişdir. Böyük qürur hissi ilə qeyd etməliyik ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi rəşadətli ordumuzun qəhrəmanlığı sayəsində Azərbaycan dövləti ölkəmizin ərazi bütövlüyü və suverenliyini tam bərpa edərək yeni hədəflərə doğru inamla addımlayır. Eyni zamanda xüsusi vurğulamalıyıq ki, Azərbaycanda 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” kimi elan edilməsi ölkəmizdə hüquqi dövlət quruculuğu yolunda mühüm mərhələ olmaqla yanaşı, dövlətçiliyimizin möhkəmləndirilməsi baxımından da mühüm əhəmiyyət kəsb edir.

Humanizm prinsiplərini hər zaman fəaliyyətində prioritet hesab edən Möhtərəm cənab Prezident İlham Əliyevin amnistiyanın elan edilməsi barədə son təşəbbüsü dövlətin humanist dəyərlərə, hüququn aliliyinə və sosial ədalət prinsiplərinə sadiqliyinin ən bariz sübutudur. Məlumat üçün qeyd etməliyik ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş bu humanist siyasətin nəticəsində ötən müddət ərzində ölkəmizdə 12 amnistiya və 71 əfv təşəbbüsü olmuşdur. Qeyd etməliyik ki, cənab Prezidentin son amnistiya təşəbbüsü cəza almış 20 minə yaxın insanı əhatə edəcəkdir. Məhz bu amnistiyanın elan edilməsi təşəbbüsü humanizm prinsipləri ilə yanaşı cəmiyyətimizin sağlamlaşdırılması baxımından da olduqca əhəmiyyətlidir. Azərbaycan dövləti cəzanı məqsəd deyil, vasitə kimi qəbul edir və əsas hədəf insanın islahı, onun yenidən cəmiyyətə qazandırılmasıdır. İnanırıq ki, bu amnistiya aktının qəbul edilməsi dövlətimizin ali məqsədlərinə xidmət etməklə bir çox ailələrə sevinc, ümid və yeni başlanğıc imkanı yaradacaqdır.

Cənab Prezidentin “Konstitusiya və Suverenlik İli” çərçivəsində irəli sürdüyü amnistiya təşəbbüsü Azərbaycan dövlətinin gücünü hüquqi əsaslar, mərhəmət və sosial məsuliyyət üzərində qurduğunu təsdiqləməklə yanaşı, Möhtərəm cənab Prezident İlham Əliyevin uzaqgörən dövlətçilik siyasətinin və vətəndaş-dövlət həmrəyliyinin təcəssümüdür.

Samir Baxşiyev
YAP Siyəzən rayon təşkilatının sədri

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər