Humanizm və amnistiya: Azərbaycan dövlət siyasətinin insan mərkəzli mahiyyəti

Humanizm və amnistiya: Azərbaycan dövlət siyasətinin insan mərkəzli mahiyyətiKamran Bayramov
Milli Məclisin deputatı


Humanizm Azərbaycanda yürüdülən dövlət siyasətinin ana xəttini təşkil edir. Cinayət törətmiş şəxs qanun qarşısında cavab verməli, cəzasını çəkməlidir. Lakin cəzanın məqsədi yalnız sanksiya tətbiq etmək deyil. Əsas məqsəd insanı pis əməllərdən çəkindirmək, onu cəmiyyətə yenidən qazandırmaqdır. Bu baxımdan, cinayətkarlıqla mübarizədə ən təsirli vasitələrdən biri humanizm və tərbiyə prinsipləridir. Dövlət də məhz bu prinsiplərə əsaslanaraq, cinayətkarı cəzalandırmaqla yanaşı, onun islahına və yenidən sosial həyata inteqrasiyasına xüsusi önəm verir.
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ötən 34 il ərzində ölkədə 12 dəfə amnistiya aktı qəbul edilib və bu aktlar ümumilikdə 70 minə yaxın şəxsə şamil olunub.

Qürurla demək olar ki, təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş bağışlamaq, əfv etmək, səhvə yol vermiş insanların ailələrinə və ocaqlarına qovuşmasına şərait yaratmaq kimi humanist yanaşma müasir Azərbaycan reallıqlarının mühüm tərkib hissəsinə çevrilib. Bu siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Humanizmə söykənən bu xətt Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti ilə də zənginləşdirilir. Nəticədə hər il on minlərlə insan əfv sərəncamları və amnistiya aktları vasitəsilə azadlığa qovuşur, o cümlədən ölkəmizdə cəza çəkmiş əcnəbi vətəndaşlar da bu humanist addımlardan yararlanırlar.

Ulu Öndər Heydər Əliyev qeyd edirdi ki, hər bir insanın özünəməxsus arzuları var, lakin həbsxanada olanların ən böyük arzusu azadlığa çıxmaq və ailələrinə qovuşmaqdır. Prezident İlham Əliyev bu məsələdə hər zaman yüksək həssaslıq nümayiş etdirərək vurğulayıb ki, dövlət siyasətinin təməlində insan amili dayanır. Məhz bu yanaşmanın nəticəsidir ki, cəmiyyətimiz humanist təşəbbüsləri böyük rəğbətlə qarşılayır.
Bu il ölkəmizdə geniş siyahını əhatə edən əfv sərəncamının icrası ictimaiyyət tərəfindən böyük məmnunluqla qarşılandı. Eyni zamanda, 20 mindən çox insanı əhatə edəcəyi gözlənilən yeni amnistiya aktı ərəfəsində cəmiyyətdə müsbət gözləntilər formalaşıb. Xatırladaq ki, Prezident İlham Əliyevin bu ilin 25 may tarixində imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncam məhkumların şəxsiyyəti, səhhəti, ailə vəziyyəti, törətdikləri cinayətlərin xarakteri və cəzaçəkmə müddətində davranışları nəzərə alınmaqla, humanizm prinsipləri əsasında qəbul edilib və həm ölkə daxilində, həm də beynəlxalq aləmdə ciddi rezonans doğurub.
Bundan başqa, Ali Baş Komandanın təşəbbüsü ilə 2021-ci il noyabrın 5-də Milli Məclis tərəfindən “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Qərarın qəbul edilməsi dövlətin insan ləyaqətinə verdiyi yüksək dəyərin bariz nümunəsi kimi tarixə düşüb. Həmin amnistiya aktı 17 min 267 şəxsə şamil olunaraq minlərlə ailəyə sevinc bəxş edib.
Prezident İlham Əliyev növbəti amnistiya aktı ilə bağlı təşəbbüs irəli sürüb və sənəd artıq Milli Məclisə təqdim edilib. Sənəd dekabrın 19-da Milli Məclisdə müzakirəyə çıxarılacaq. Bu amnistiya aktı əvvəlkilərdən daha geniş miqyaslı olacaq. Sənədin icrası nəticəsində 5 mindən çox şəxs azadlıqdan məhrumetmə cəzasından tam azad ediləcək, 3 minə yaxın məhkumun cəzası azaldılacaq, 7 mindən çox şəxs azadlığın məhdudlaşdırılması cəzasından, 4 minə yaxın məhkum isə azadlıqdan məhrumetmə ilə bağlı olmayan digər cəzalardan və ya şərti cəzalardan azad olunacaq. Eyni zamanda, mindən artıq şəxsin cinayət məsuliyyətindən azad ediləcəyi gözlənilir.

Prezident İlham Əliyevin təşəbbüsü ilə qəbul ediləcək amnistiya aktı həm “Konstitusiya və Suverenlik İli”, həm tarixi Zəfərimizin möhkəmləndirilməsi, həm də milli həmrəylik baxımından xalqımız üçün xüsusi əhəmiyyət daşıyacaq.

Minilliklər boyu xalqımızın mənəvi dəyərlərini ifadə edən humanizm bu gün dövlət siyasətində ardıcıl şəkildə davam etdirilir. Qanunun aliliyinin təmin olunduğu bir şəraitdə əlamətdar tarixlər ərəfəsində amnistiya aktlarının qəbul edilməsi tarixi ənənələrə sədaqətin göstəricisidir. Prezident İlham Əliyevin bu təşəbbüsü də “Konstitusiya və Suverenlik İli” çərçivəsində xalqımıza ünvanlanan dəyərli və mənəvi baxımdan əhəmiyyətli töhfə kimi dəyərləndirilir.
Xüsusilə qeyd olunmalıdır ki, Birinci vitse-prezident Mehriban Əliyevanın humanist təşəbbüsləri bu siyasətin mühüm tərkib hissəsidir. O, Milli Məclisin deputatı olduğu dövrdə – 2007, 2009, 2013 və 2016-cı illərdə amnistiya aktlarının qəbuluna təşəbbüs göstərərək mərhəmət, xeyirxahlıq və bağışlama kimi ali dəyərlərin cəmiyyətdə möhkəmlənməsinə mühüm töhfələr verib.

Nəticə etibarilə, Azərbaycanda həyata keçirilən əfv və amnistiya siyasəti yalnız hüquqi mexanizm deyil, eyni zamanda dərin mənəvi məzmun daşıyan, insan ləyaqətini önə çəkən və cəmiyyətin sağlamlaşmasına xidmət edən ardıcıl dövlət xəttidir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər