YAP-ın yaranmasının 33 illiyi-sürətli inkişaf və zəfər yolu

“Bu il Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 33 ili tamam olur. 1992-ci ilin mürəkkəb tarixi şəraitində Ulu Öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi, xalqın iradəsi və dövlətçilik təəssübkeşliyinin nəticəsi olaraq təsis edilən YAP qısa zamanda Azərbaycanın siyasi səhnəsində aparıcı qüvvəyə çevrildi. Ölkəni dərin böhran və xaosdan çıxarmaq üçün güclü liderlik tələb olunurdu və məhz Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan müstəqilliyini qoruyub saxlaya, dövlətçilik ənənələrini möhkəmləndirə bildi”.

Bunu Avrasiya-net-ə açıqlamasında deputat İlham Məmmədov deyib.

Deputat bildirib ki, Ulu Öndərin rəhbərliyi altında YAP ölkədə siyasi sabitliyin bərqərar olunması, iqtisadi islahatların həyata keçirilməsi və Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin gücləndirilməsi istiqamətində əsaslı addımlar atdı: “Uğurlu neft strategiyası, ordu quruculuğunun əsasının qoyulması və idarəetmədə sistemli yanaşma bu dövrün mühüm nailiyyətləri idi. YAP təkcə siyasi təşkilat kimi deyil, həm də dövlətçilik ideyalarının daşıyıcısı kimi formalaşdı”.
Deputat əlavə edib ki, 2003-cü ildən etibarən Prezident İlham Əliyevin apardığı siyasət YAP-ın fəaliyyətinə yeni strateji məzmun gətirdi: “Azərbaycanda iqtisadiyyat misilsiz şəkildə böyüdü, sosial rifah yüksəldi, ölkə regionda söz sahibi olan gücə çevrildi.

Bu illərin ən böyük tarixi nailiyyəti isə əlbəttə ki, Vətən müharibəsində Qələbə oldu. 2020-ci ildə əldə edilən Zəfər nəticəsində Azərbaycanın ərazi bütövlüyü bərpa olundu, 2023-cü ildə isə suverenlik tam şəkildə təmin edildi. Bu qələbələr Prezident İlham Əliyevin qətiyyətli liderliyinin və YAP-ın milli maraqlara söykənən siyasi kursunun nəticəsidir.

YAP-ın müəyyən etdiyi siyasi xətt Azərbaycanın dünyada nüfuzunu əhəmiyyətli dərəcədə artırıb. Enerji siyasəti ölkəmizi Avropanın enerji təhlükəsizliyində mühüm tərəfdaşa çevirib, nəqliyyat layihələri Azərbaycanı Şərqlə Qərbi birləşdirən qlobal logistika mərkəzinə yüksəldib.

Azərbaycan bu gün regional proseslərdə təşəbbüskar, beynəlxalq təşkilatlarda fəal, qlobal sülh və əməkdaşlıq çağırışları edən dövlət kimi çıxış edir. Bu mövqe ölkənin güclü daxili sabitliyinə, davamlı inkişaf strategiyasına və YAP-ın ardıcıl siyasətinə əsaslanır.

33 illik zəngin yol YAP-ın dövlətçilik ideyalarına sədaqətinin, xalqın rifahına xidmət edən siyasətin və milli maraqların üstün tutulmasının real göstəricisidir. Qarşıdakı dövrdə məqsəd daha güclü, innovativ, dayanıqlı və qlobal rəqabətə davamlı Azərbaycan qurmaqdır.

YAP Ulu Öndər Heydər Əliyevin ideyalarına, Prezident İlham Əliyevin müasir inkişaf strategiyasına əsaslanaraq ölkəmizi yeni zirvələrə aparmaqda qətiyyətlə davam edir”.

Mürtəza

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər