Reallaşdırılan yeni infrastruktur layihələri nəticəsində Ağdamın əvvəlki şöhrəti bərpa olunacaqdır

2020-ci ilin 27 sentyabrında başlanan və 44 gün davam edən Vətən müharibəsi nəticəsində Azərbaycan xalqı öz dövlət başçısı və ordusu ətrafında sıx birləşərək parlaq qələbənin qazanılmasında önəmli rol oynamış oldu. Döyüş meydanında qazanılmış zəfər nəticəsində qısa vaxt ərzində işğal altındakı torpaqlarımız düşməndən azad edildi. Darmadağın olan Ermənistan 2020-ci il noyabr ayının 10-da kapitilyasiya aktını imzalamağa məcbur edildi. İmzalanmış üçtərəfli Bəyanata əsasən Ermənistan müəyyən edilmiş təqvim əsasında işğal altında olan Kəlbəcər, Ağdam və Laçın rayonlarını boşaltmağa və Azərbaycana təhvil verməyə məcbur oldu. Məhz bunun nəticəsi olaraq Ağdam rayonu 2020-ci il noyabr ayının 20-də düşmən işğalından azad edildi. Xüsusi olaraq qeyd etməliyik ki, Möhtərəm cənab Prezident İlham Əliyevin Vətən müharibəsində əldə olunmuş tarixi Qələbəni əbədiləşdirmək və işğaldan azad edilmiş şəhərlərin günlərini təsis etmək məqsədilə 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə hər il işğaldan azad edilmiş ərazilərdəki şəhərlərin günləri təntənəli şəkildə qeyd olunur. Məhz həmin Sərəncama əsasən, “20 noyabr – Ağdam şəhəri günü” elan edilib.

Lakin təssüf hissi ilə qeyd etməliyik ki, işğal altında olduğu 27 il ərzində Ağdam rayonu da digər işğal altında olan ərazilərimiz kimi erməni vandalizminin qurbanına çevrildi. Erməni vandalizmi özünün ən vəhşi simasını da məhz Ağdamda nümayiş etdirmiş oldu. “Qafqazın Xirosimo”su adlanan Ağdamda demək olar ki daş daş üstündə buraxılmamış, yaşayış evləri ilə yanaşı rayonda yerləşən tarixi-dini abidələrimiz, qəbirlərimiz belə erməni vandalizminin qurbanına çevrilmişdi.

Böyük qürur hissi ilə qeyd etməliyik ki, Ağdam rayonu bu gün azaddır. Ağdamın gözəl təbiəti, əlverişli relyefi, bərəkətli torpağı, zəngin su ehtiyatları dövlət iqtisadiyyatı və turizm sahəsinin inkişafı üçün böyük əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bütün işğaldan azad olunmuş ərazilərdə o cümlədən Ağdam rayonunda genişmiqyaslı tikinti quruculuq işlərinə başlanılmışdır. Ölkə başçısının işğaldan azad edilmiş Ağdam rayonuna aradan ötən müddət ərzində dəfələrlə səfər etməsi və görülən işlərlə yerində tanış olması mühüm tarixi hadisə olmaqla yanaşı, eyni zamanda cənab Prezidentin diqqət və qayğısının bariz sübutudur. Hazırda işğaldan azad edilmiş Ağdamda irimiqyaslı layihələr icra edilməkdədir. Ən müasir tələblərə cavab verən nəqliyyat yolları, körpülər, tunellər, yaşayış binaları və bir sıra infrastruktur layihələrinin icrası davam etdirilir. Görülmüş genişmiqyaslı işlər bizə deməyə əsas verir ki, artıq erməni vandalizminə məruz qalmış torpaqlarımıza o, cümlədən Ağdama həyat yenidən qayıdır.

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin praqmatik və rasional siyasəti nəticəsində bu gün artıq Ağdam azaddır və bərpa edilir, yenidən qurulur, inkişafının yeni mərhələsini yaşayır. Bu gün üçrəngli bayrağımız bütün torpaqlarımızda, eləcə də, Ağdam şəhərində əzəmətlə, qürurla dalğalanır və əbədi dalğalanacaq!

Möhtərəm cənab Prezidentin də qeyd etdiyi kimi Ağdam rayonunda aparılan genişmiqyaslı işlər bizə deməyə əsas verir ki, quruculuq işləri tam yekunlaşdıqdan sonra Ağdam şəhəri nəinki ölkəmizin, dünyanın ən gözəl şəhərlərindən biri olacaq və doğma yurdlarından məcburi köçkün vəziyyətinə düşmüş soydaşlarımızın öz evlərinə qayıtmaları nəticəsində “Böyük Qayıdış” uğurla başa çatacaqdır.

Samir Baxşiyev
YAP Siyəzən rayon təşkilatının sədri

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər