Bakı, Moskva və Tehran bəyanat yaydı

Bakı, Moskva və Tehran bəyanat yaydıRusiya, Azərbaycan və İran Şimal-Cənub nəqliyyat dəhlizi ilə daşımaların həcmini artırmaq üçün işləmək barədə razılığa gəlib.

Avrasiya.net xəbər verir ki, bu barədə Bakıda Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev, Rusiya Baş nazirinin müavini Aleksey Overçuk və İranın yollar və şəhərsalma naziri Fərzanə Sadiq arasında keçirilən üçtərəfli görüşün yekunlarına dair birgə bəyanatında bildirilib.

“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi ilə daşımaların həcminin 15 milyon tona çatdırılması və yük axınlarının davamlı artımının təmin edilməsi üçün tədbirlərin görülməsinin zəruriliyi vurğulanıb. 3 ay müddətində nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üzrə Tədbirlər Planının hazırlanması üçün işçi qrupunun yaradılması barədə razılıq əldə olunub. Müzakirələr zamanı oktyabrın 14-də “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin mühüm infrastruktur layihələrinin birgə yerində yoxlanılması barədə razılıq əldə olunub”, - sənəddə deyilib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər