Prezident İlham Əliyev Düşənbədən sülh mesajı verdi

Prezident İlham Əliyev Düşənbədən sülh mesajı verdi2025-ci il oktyabrın 10-da Tacikistanın paytaxtı Düşənbədə keçirilən Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının məhdud tərkibli iclası regional əməkdaşlığın gələcək istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm siyasi hadisə kimi yadda qaldı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iclasdakı çıxışı təkcə MDB məkanında deyil, bütövlükdə Avrasiya regionunda gedən geosiyasi proseslərin dərin təhlilinə və praqmatik qiymətləndirilməsinə əsaslanırdı. Dövlət başçısının səsləndirdiyi fikirlər regional təhlükəsizlik, iqtisadi inteqrasiya, nəqliyyat-kommunikasiya əlaqələrinin genişləndirilməsi və sülh gündəliyinin reallaşdırılması kimi prioritet məsələlərə strateji baxışın parlaq nümunəsi oldu.

Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov mətbuata açıqlamasında bildirib.

K.Bayarmov qeyd edib ki, 2025-ci il oktyabrın 10-da Düşənbədə baş tutan MDB Dövlət Başçıları Şurasının iclasında Prezident İlham Əliyevin çıxışı regional əməkdaşlığın prioritetlərini müəyyən etməklə yanaşı Azərbaycanın çoxtərəfli diplomatiyasının strateji yönümünü aydın şəkildə ortaya qoydu. Dövlət başçısının Tacikistan xalqına və Prezidentinə ünvanladığı xoş arzular və təbrik sözləri iki ölkə arasında səmimi dostluq və qardaşlıq əlaqələrinin dərinliyini bir daha nümayiş etdirdi. Prezident İlham Əliyev çıxışında Düşənbənin son illərdə keçdiyi inkişaf yolunu, şəhərsalma və infrastruktur sahəsində əldə olunan uğurları xüsusi qeyd edərək, Tacikistanın iqtisadi yüksəlişini yüksək dəyərləndirdi. Dövlət başçımızın sözlərinə görə, bu gün Tacikistan-Azərbaycan münasibətləri qarşılıqlı etimad və səmərəli əməkdaşlıq prinsipləri üzərində qurulub. Hər iki ölkə beynəlxalq platformalarda bir-birini dəstəkləyir və iqtisadiyyat, energetika, humanitar sahə, eləcə də təhsil sektorlarında əlaqələr davamlı şəkildə genişlənir. Bu, regionda siyasi stabilliyin və iqtisadi tərəfdaşlığın möhkəmlənməsinə mühüm töhfədir. Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri tərəfdaş ölkələrlə qarşılıqlı faydalı və dayanıqlı münasibətlərin inkişaf etdirilməsidir. Tacikistanla əlaqələr isə bu strategiyanın ayrılmaz tərkib hissəsini təşkil edir.

Prezident İlham Əliyevin çıxışında bu istiqamətin önə çıxarılması göstərir ki, Bakı ilə Düşənbə arasındakı əməkdaşlıq artıq yeni mərhələyə qədəm qoyub. Bu mərhələ iqtisadi layihələr, investisiya təşəbbüsləri və mədəni mübadilələrin daha da dərinləşməsi ilə səciyyələnir.

Deputat diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin çıxışının diqqətçəkən məqamlarından biri Laçının 2025-ci il MDB Mədəniyyət Paytaxtı seçilməsinə verdiyi təşəkkür oldu. Bu qərar yalnız mədəniyyət sahəsində deyil, həm də siyasi baxımdan rəmzi əhəmiyyət daşıyır. 30 illik işğaldan azad edilmiş Laçın bərpa və dirçəlişin, sülh və quruculuğun rəmzinə çevrilib. MDB Mədəniyyət Paytaxtı İlinin açılışı Azərbaycan xalqının doğma torpaqlarına qayıdışının qürurunu və mədəni irsə sadiqliyini bir daha nümayiş etdirdi. Bu status, həmçinin Azərbaycanın postmüharibə dövründə əldə etdiyi bərpa və inkişaf uğurlarının beynəlxalq səviyyədə tanınmasının göstəricisidir.

K.Bayramov vurğulayıb ki, Prezident İlham Əliyev çıxışında Azərbaycanın qədim Gəncə şəhəri və altı digər şəhərdə keçirilmiş III MDB Oyunlarını xüsusi qeyd etdi. Bu beynəlxalq tədbir Azərbaycanın regional əməkdaşlığa verdiyi töhfənin bariz nümunəsidir. Oyunlarda 13 ölkədən 1600-dən çox idmançının iştirakı tədbirin yalnız idman deyil, həm də mədəniyyət və dostluq bayramına çevrildiyini göstərdi. Dövlət başçısının sözlərinə görə, Azərbaycan MDB çərçivəsində siyasi, iqtisadi və humanitar inteqrasiyanın fəal təşəbbüskarıdır. MDB Oyunları kimi tədbirlər ölkələr arasında qarşılıqlı hörmət və etimadı möhkəmləndirir, xalqlar arasında dostluq münasibətlərini gücləndirir.

K.Bayramov əlavə edib ki, Düşənbədə çıxışı ilə Prezident İlham Əliyev bir daha nümayiş etdirdi ki, Azərbaycan regional əməkdaşlıq və sülhün möhkəmləndirilməsində yalnız fəal deyil, həm də prinsipial mövqeyə malikdir. Dövlət başçısının səsləndirdiyi tezislər regional tərəfdaşlarla qarşılıqlı etimadın artırılması, iqtisadi və humanitar layihələrin inkişafı, eləcə də təhlükəsizlik məsələlərində koordinasiyanın gücləndirilməsi istiqamətində aydın strateji prioritetləri ortaya qoydu. Bu çıxış, həmçinin Azərbaycanın beynəlxalq platformalarda səmərəli və konstruktiv rolunu, qarşılıqlı faydaya əsaslanan diplomatik xəttini təsdiqlədi və regionda dayanıqlı əməkdaşlığın möhkəmlənməsi üçün konkret çağırışlar səsləndirdi.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər