"Çox şadam ki, mən də azad olunmuş ərazilərə gəldim"

"3 aydan artıqdır ki, Bakıya gəlib missiyama başlamışam. Həqiqətən bu, çox önəmli məsələdir ki, münaqişə nəticəsində itkin düşmüş şəxslərin vəziyyəti dəqiqləşsin və ailələri bilsinlər ki, onlara nə olub. Ailələr gözləyirlər ki, əzizlərinin taleyindən məlumat alsınlar".

Avrasiya.net xəbər verir ki, bu sözləri Trend-ə İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçilu İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində keçirilən beynəlxalq konfrans iştirakçılarının Zəngilan səfəri zamanı deyib.

Səfir Azərbaycanı qələbə münasibətilə təbrik edib:

"Mən bu fürsətdən də istifadə edib bütün Azərbaycan xalqını təbrik edirəm ki, nəhayət 30 ildən sonra işğal olunmuş torpaqlar azad olundu və ölkənin suverenliyi bərpa olundu. Mən keçmişdə də Bakıda işləmişəm. 27 il öncə Göygöldə Qarabağa baxırdım. Belə fikirləşirdim ki, görəsən nə vaxtsa yenidən bu - indi azad olunan yerlərdə olacağam? Çox şadam ki, mənim bu arzum həyata keçib. Bir daha Azərbaycan xalqını və dövlətini bu böyük nailiyyətə görə təbrik edirəm"

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər