Nazirlər Qəbələdə 7 vacib sənədi təsdiqlədilər

Nazirlər Qəbələdə 7 vacib sənədi təsdiqlədilərOktyabrın 7-də Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının toplantısı çərçivəsində bir sıra vacib sənədlər təsdiq edilib.

Avrasiya.net xəbər verir ki, iclasda qəbul olunan sənədlər TDT-nin institusional əsaslarının möhkəmləndirilməsinə, üzv və müşahidəçi dövlətlər arasında əməkdaşlığın genişləndirilməsinə xidmət edir.

İclasda aşağıdakı qərarlar qəbul olunub:

1. Türk Akademiyasının Prosedur Qaydalarının 1-ci və 4-cü maddələrinə düzəliş edilməsi haqqında Qərar;

2. Türkmənistana Türk Akademiyasında müşahidəçi statusunun verilməsi haqqında Qərar;

3. Türkmənistana Türk Mədəniyyəti və İrsi Fondunda müşahidəçi statusunun verilməsi haqqında Qərar;

4. TDT Katibliyinin 2026-cı il üzrə büdcəsinin təsdiq edilməsi (Xarici İşlər Nazirləri Şurasının iclasının protokolu vasitəsilə);

5. TDT Katibliyinin 2024-cü il üzrə maliyyə hesabatının təsdiq edilməsi (Xarici İşlər Nazirləri Şurasının iclasının protokolu vasitəsilə);

6. Türk Akademiyasının 2026-cı il üzrə büdcəsinin təsdiq edilməsi (Xarici İşlər Nazirləri Şurasının iclasının protokolu vasitəsilə);

7. Türk Mədəniyyəti və İrsi Fondunun 2026-cı il üzrə büdcəsinin təsdiq edilməsi (Xarici İşlər Nazirləri Şurasının iclasının protokolu vasitəsilə).

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər