Müasir Azərbaycan tarixində dönüş nöqtəsi yaradan - 3 oktyabr

“3 oktyabr 1993-cü il tarixi müasir Azərbaycan tarixində çox mühüm əhəmiyyət kəsb edən gün kimi yer tutur. Bunu şərtləndirən amillər var. XX əsrin sonunda Azərbaycan 1991-ci ilin oktyabrında müstəqilliyini bərpa etsə də, bir yandan Ermənistanın işğalçılıq siyasətinə məruz qalaraq torpaqları davamı işğal olunurdu, digər tərəfdən isə səriştəsiz siyasi qüvvələrin hakimiyyətdə olması səbəbində ölkə dərin böhran, vətəndaş qarşıdurmaları hökm sürürdü, separatizm meylləri getdikcə güclənirdi. Belə bir vəziyyət Azərbaycan dövlətçiliyinin varlığına ciddi təhdid yaradırdı.

Azərbaycan dövləti bir əsrdə iki dəfə müstəqillik əldə etsə də, yenidən itirilmə təhlükəsi ilə üz-üzə idi. Belə bir vəziyyətdən çıxış yolunu axtaran Azərbaycan xalqı xilasını yalnız Ulu öndər Heydər Əliyevin simasında görürdü”.

Bunu Avrasiya.net-ə açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

Deputat bildirib ki, məhz Ulu öndər Heydər Əliyevin hakimiyyəti gəlişindən sonra Azərbaycanın müstəqilliyi dönməz xarakter alaraq dövlətçiliyi möhkəmlənərək inkişaf mərhələsinə qədəm qoydu. “3 oktyabr 1993-cü ildə keçirilən prezident seçkilərində xalqın Ulu öndər Heydər Əliyevə etimad göstərərək Prezident seçməsi ilə Azərbaycanın dövlət müstəqilliyin daha da möhkəmlənməsi, sabitliyin təmin olunraq davamlı inkişaf mərhələsinin qoyulduğu gün kimi qızıl hərflərlə tarixə düşdü.

Məhz müdrik, uzaqgörən dövlət xadimi olan Ulu öndər Heydər Əliyevin fenomenal bacarıq və qabliyyəti nəticəsində Azərbaycanın potensialından istifadə etməklə bütün təhlükələrdən xilas olaraq qısa zaman kəsiyində dünyanın sürətli inkişaf edən ölkələrindən birinə çevrildi. Bununla da bugünkü qüdrətli Azərbaycan dövlətinin təməli qoyuldu.

Xalqın mütləq əksəriyyətinin səsini qazanaraq 1993-cü il oktyabrın 10-da dövlətə və xalqa sədaqət andı içən Prezident seçilən Ulu Öndər Heydər Əliyev Azərbaycanı böyük bəlalardan, faciələrdən hifz edib, ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxarıb, qlobal enerji-kommunikasiya layihələrini reallaşdırmaqla Vətənə sədaqətlə xidmətin əyani nümunəsini yaratdı.

Ümummilli Lider andiçmə mərasimində nitqində bəyan edib ki, Azərbaycan xalqına həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan dövlətinin gələcək inkişafına sərf edəcəyəmə əmin etmək istəyirəm. Ulu öndər Heydər Əliyev ölkənin qarşısında duran problemləri həll edilməsi istiqamətində əsaslı addımlar atmağa başladı:

• Siyasi sabitlik – dövlət çevrilişi cəhdlərinin qarşısı alındı, qeyri-qanuni silahlı birləşmələr tərksilah edildi;
• Ordu quruculuğu – milli ordunun əsasları qoyuldu, hərbi nizam-intizam təmin olundu;
• Hüquqi dövlətin təməli – 1995-ci ildə qəbul olunan Konstitusiya demokratik, hüquqi və dünyəvi dövlətin bünövrəsini formalaşdırdı;
• Milli həmrəylik – siyasi parçalanmaya son qoyularaq, dövlətçilik ideyası ətrafında xalq birliyi təmin olundu”, - o qeyd edib.

Deputat əlavə edib ki, Ulu Öndər Heydər Əliyevin uğurlu neft strategiyası və bunun məntiqi nəticəsi olaraq imzalanan “Əsrin müqaviləsi”ndən sonra Azərbaycan yeni bir inkişaf mərəhləsinə qədəm qoymaqla dünya iqtisadi sistemindəki yerini müəyyənləşdirə bildi. “Ulu öndər Heydər Əliyevin qətiyyəti nəticəsində imzalanan “Əsrin müqaviləsi” Azərbaycan dövlətçiliyinə olan təhlükələrdən qorumaqla yanaşı, bütövlükdə regionun davamlı inkişafı istiqamətində mühüm addım oldu.

Ulu öndər Heydər Əliyevin uğurlu xarici siyasət kursu nəticəsində Azərbaycan özünün coğrafi mövqeyindən, təbii ehtiyatlarından, iqtisadi potensialından istifadə əsasında bir çox dövlətlərlə və beynəlxalq qurumlarla əməkdaşlıq edərək Böyük İpək yolunun bərpası, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin yaradılması, Xəzərin karbohidrogen ehtiyatlarının işlənməsi və dünya bazarına çıxarılması layihələrini səmərəli şəkildə həyata keçirə bildi. Bugünkü əldə edilən uğurların, qələbələrin kökündə əsası Ulu öndərin müəyyən etdiyi uğurlu enerji siyasəti dayanır”.

Siyasi kursun davamlılığı və zəfərə aparan yolda Ulu öndər Heydər Əliyev yürütdüyü siyasətin əhəmiyyətini qeyd edən deputat bildirib ki, cənab Prezident İlham Əliyevi öz siyasi irsinin davamçısı müəyyən etməklə Azərbaycan dövləti və xalqı qarşısında ən böyük xidmətini göstərmiş oldu. Bununla da Azərbaycan dövlətçiliyinin sürətli inkişaf strategiyasını müəyyənləşdirdi. Ulu öndər Heydər Əliyevin siyasi irsinin layiqli davamçısı Prezident İlham Əliyevin liderliyi altında Azərbaycan qısa zamanda dünyanın güclü və qüdrətli dövlətə çevrildi. Azərbaycanın qarşısında duran Qarabağ münaqişəsi həll olundu və dünya erməniçiliyi ağır məğlubiyyətə düçar edildi. Azərbaycan qalib dövlət olaraq öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Qalib Azərbaycan hazırda dünyada yeni reallıqlar yaradaraq bütövlükdə Cənubi Qafqazda sülhün təminatçısı rolunda çıxış etməkdədir. Yürüdülən uğurli siaysətin nəticəsidir ki, bu gün yeni bir gün kimi ortaya çıxan Azərbaycan dünyada qlobal sülhə və təhlükəsizliyə töhfə verən ölkə kimi qəbul olunmaqdadır. Bu gün Azərbaycan dünyada böyük nüfuz və söz sahibi ölkə olaraq tanınmaqdadır. Dünya ölkələri Azərbaycanla əməkdaşlığa can atmaqdadırlar. Əminəm ki, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və cənab Prezident İlham Əliyev tərəfindən həmin siyasətin uğurla davam etdirilmsəi nəticəsində Azərbaycan hələ qarşıda çox-çox zəfərlərə imza atacaq”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər