Müasir Azərbaycanın uğur formulunun memarı

“3 oktyabr 1993-cü il müasir Azərbaycan dövlətçiliyində yeni bir mərhələnin başlanğıcı hesab olunur. Bunun çox ciddi əsasları var. XX əsrdə Azərbaycan xalqına iki dəfə müstəqillik və azadlıq hisslərini yaşamaq nəsib olub. Bu müstəqillik və azadlıq heç də asan və hamar olmayıb. İlk dəfə 1918-ci ildə mayın 28-də gərgin bir tarixi dövrdə Azərbaycan Xaql Cümhuriyyəti yaransa da, onun ömrü cəmi 23 ay oldu və rus bolşevikləri tərəfindən süquta uğradıldı. İkinci dəfə tarix 1991-ci ildə xalqımıza müstəqilliyini bərpa etməyi nəsib etdi. Lakin səriştəsiz, heç bir dövlət idarəetmə qabliyyəti olmayan şəxslərin və siyasi qüvvələrin ölkəyə rəhbərlik etməsi nəticəsində müstəqilliyini bərpa edən gənc Azərbaycan dövləti bu dəfə də itirilmə təhlükəsi ilə qarşı-qarşıya qaldı. Bir yandan zorla cəlb olunduğumuz Ermənistanla uğursuz müharibə nəticəsində torpaqlarımızın işğalı, digər tərəfdən vətəndaş müharibəsi təhlükəsi, xaos, anarxiya, özbaşınalıq, xalqımızı çıxılmaz böhrana sürükləyirdi. Bax belə bir mürəkkəb və çox çətin şəraitdə xalq üçün Azərbaycanı bu bəladan xilas edə biləcək yeganə şəxs olan Ulu öndər Heydər Əliyevə üz tutdu. Xalq çox yaxşı bilirdi ki, Azərbaycanı üzşədiyi bu təhlükələrdən və bəlalardan xilas edə biləcək lider varsa, o da məhz Ulu öndər Heydər Əliyevdir. Belə də oldu. Ulu öndər bu ağır yükün altına girdi. O yaxşı bilrdi ki, ondan başqa kimsə Azərbaycan xalqını və dövlətini bu təhlükədən xilas edə bilməz. Ulu öndər onu da yaxşı görürdü ki, Azərbaycan xalqı bir əsrdə ikinci dəfə əldə etdiyi nəinki müstəqilliyi itirmək, Azərbaycanın parçalanaraq siyasi xəritədən silinmək təhlükəsi ilə üz-üzədir. Ulu öndərin hakimiyyəti gəlişi ilə ölkədə vəziyyət tamamilə fərqli istiqamətdə inkişaf etməyə başladı. Xalq Ulu öndərin ətrafında sıx birləşərək üzlədşiyi təhlükələrdən xilas oldu”.

Bunu Avrasiya.net-ə açıqlamasında Milli Məclisin deputatı İlham Məmmədov deyib.

Deputat bildirib ki, Ulu öndər Heydər Əliyevin ətrafında sıx biləşib ona dəsətk verməklə tarixin bu ağır sınağından müdrik Azərbaycan xalqı üzü ağ çıxdı: “Bununla da 1993-cü il Azərbaycanın dövlətçilik tarixinə bir dönüş ili olmaqla tarixə qızıl hərflərlə yazıldı. Ulu öndərin 15 iyun 1993-cü ildə Milli Məclisin sədri seçilməsi ilə xalqımız xaosdan, anarxiyadan, müstəqilliyini itirmək təhlüskəsindən qurtuldusa. 3 oktyabr 1993-cü ildə keçirilən prezident seçkilərindən sonra Azərbaycan dövlətçiliyi tamamilə yeni bir mərhələyə qədəm qoydu. Qısa müddət ərzində Azərbaycanda ictima-siyasi sabitlik əldə olundu, qanunsuz silahlı birləşmələr ləğv edildi, ölkədə yeni ordu quruculuğu, hüquqi, demokratik, dünyəvi dövlət qurculuğu prossesi başlandı. Bir sözlə, Azərbaycan məhv olmaq təhlükəsindən xilas edildi.

Ulu öndərin liderliyi altında ölkədə genişmiqyaslı islahatların həyata keçirilməsi nəticəsində ictimai-siyasi sabitliyin bərpa olunması ilə paralel olaraq ölkə sürətli iqtisadi inkişaf mərhələsinə qədəm qoydu. Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi böyük nüfuz qazanmağa başladı. Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi uğur formulası və müəyyən etdiyi strateji inkişaf strategiya nəticəsində Azərbaycan uğurlara imza atmağa başladı.

Uğurlu inkişaf modelinin memarı olan Ulu öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı ən böyük növbəti xdiməti isə Azərbaycan dövlətçiliyinin davamlı uğurlarını, qələbələrini, zəfərlərini təmin edə biləcək siyasi irsinin layiqli davamçısı kimi cənab Prezident İlham Əliyevi müəyyən etməsi oldu. Bu bir daha Ulu öndər Heydər Əliyevin necə müdrik, uzaqgörən bir dövlət xadimi olduğunu sübuta yetdirdi. Çünki Ulu öndər yaxşı bilirdi ki, yalnız cənab İlham Əliyev onun yürütdüyü siyasəti uğurla davam etdirib Azərbaycanın qarşısında duran problemləri həll edib qələbələrə imza ata biləcək yeganə şəxsdir.

Ulu öndər Heydər Əliyevin 1 oktyabr 2003-cü ildə Azərbaycan xalqına müraciətində deyib: “Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Bu, belə də oldu. Tarix bunu sübut etdi. Bu gün Ulu öndərin siyasi kursu möhtərəm prezidentimiz İlham Əliyev cənabları tərəfindən əzmlə, böyük səylə davam etdirilir. Dahi rəhbərimiz Heydər Əliyevin bizə miras qoyduğu müstəqil Azərbaycan günbəgün inkişaf edir, qalib dövlət olaraq beynəlxalq aləmdə qüdrətli bir ölkəyə çevrilir.

Bu gün qalib lider, qalib ordu, qalib xalq – kəlamı Azərbaycanın timsalında öz təsdiqini tapır, bunlar mövcud Azərbaycan reallıqlarıdır. Artıq Azərbaycan beynəlxalq miqyasda Cənubi Qafqazda sülhün memarı, təminatçısı rolunda çıxış etməklə bərabər, qlobal sülhə, təhlükəsizliyə, sıx əməkdaşlığa töhfə verən güc kimi tanınır və qəbul edilir. Ulu öndər Heydər Əliyevin siyasi irsinin layiqli davamçısı və onun arzularını həyata keçirən cənab Prezident İlham Əliyevin liderliyi altında Azərbaycan hələ çox qələbələrə və zəfərlərə imza atacaq. Azərbaycanın dünyanın inkişaf etmiş güclü və qüdrətli dövlətlərindən birinə çevriləcək”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər