Milli qurtuluş yolunun başlanğıcı

Prof. İbrahim Cəfərov
Bitki mühafizə və Texniki bitkilər Elmi-Tədqiqat İnstitutunun rəhbəri,
AMEA-nın müxbir üzvü


XX əsrin sonlarında ölkəmiz dərin böhranlarla üz-üzə qalmışdı. Siyasi xaos, iqtisadi tənəzzül, ictimai-siyasi qarşıdurmalar, ərazilərimizin işğalı və daxildə sabitliyin pozulması dövlətçiliyin məhv olmaq təhlükəsini gündəmə gətirmişdi. Belə ağır şəraitdə xalq yalnız Heydər Əliyev kimi təcrübəli və uzaqgörən dövlət xadiminin ölkəni xilas edə biləcəyinə inanırdı. 1993-cü il oktyabrın 3-də keçirilən seçkilər bu inamın təsdiqi oldu və Azərbaycan üçün yeni tarixi dövrün başlanğıcına çevrildi.

1993-cü il oktyabrın 10-da dövlət başçısı kimi and içən Heydər Əliyev öz siyasi iradəsini və qətiyyətini nümayiş etdirərək, müstəqil Azərbaycanın varlığını qorudu. Onun uzaqgörən siyasəti nəticəsində ölkədə sabitlik təmin olundu, parçalanma təhlükəsi aradan qaldırıldı, milli həmrəyliyin bünövrəsi qoyuldu. Heydər Əliyevin “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir” fikri xalqımızın gələcək yol xəritəsinə çevrildi.

Prezidentlik dövründə Heydər Əliyev Azərbaycanı faciələrdən, böhranlardan xilas edərək sabitlik, inkişaf və tərəqqi yoluna çıxardı. Onun rəhbərliyi ilə həyata keçirilən iqtisadi islahatlar, neft strategiyası və qlobal enerji-kommunikasiya layihələri müstəqil Azərbaycanın dünya miqyasında etibarlı tərəfdaş kimi tanınmasına səbəb oldu. Bu siyasət həm də xalqına və dövlətinə sədaqətli xidmətin ən parlaq nümunəsinə çevrildi.

3 oktyabr 1993-cü il Azərbaycan xalqının öz taleyini doğru seçdiyi, gələcəyini etibarlı əllərə həvalə etdiyi tarixdir. Həmin gün verilən qərar bugünkü qüdrətli, beynəlxalq aləmdə nüfuzlu və söz sahibinə çevrilmiş Azərbaycanın təməlini qoydu. Heydər Əliyevin müəyyənləşdirdiyi strateji kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və müstəqil dövlətimizin əbədiliyini təmin edir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər