Regional bağlantılar davamlı sülh istiqamətində baxışlarımızın əsasını təşkil edir

Bildiyimiz kimi 25 sentyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxış etmişdir. Cənab Prezident çıxışı zamanı bir neçə vacib məqamlara, qlobal məsələlərə diqqəti çəkərək dünyanın ali kürsüsündən önəmli mesajlar vermişdir. Dövlətimizin başçısı ilk növbədə Azərbayan – Ermənistan münasibətləri, regional və qlobal təhlükəsizlik, həmçinin enerji təşəbbüsləri və iqlim məsələlərindən bəhs etdi.

Uzun illər Ermənistan tərəfindən Azərbaycana qarşı həyata keçrilən işğal və təcavüz siyasətindən, beynəlxalq ədalət prinsiplərinin kobud şəkildə pozulmasından bəhs edən Cənab Prezident xüsusi vurğilamışdır ki, 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan işğal altında olan torpaqlarını azad etməklə BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 4 qətnamənin tələblərini icra etməklə beynəlxalq hüququ və ədaləti də bərpa etmişdir.

Dövlətimizin başçısı çıxışında postmüharibə dövründə Azərbaycanın sülh gündəliyindən və regional əməkdaşlığın inkişafı istiqamətində atılan addımlardan da bəhs edərək qeyd etdi ki, Azərbaycan Zəfər müharibəsindən dərhal sonra ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı şəkildə tanınması əsasında Ermənistanla münasibətlərdə yeni səhifə açmağa hazır olduğunu bəyan etmiş və ölkəmiz tərəfindən beynəlxalq hüquqa əsaslanan beş təməl prinsip irəli sürməklə sülh müqaviləsi layihəsini təqdim etmişdir. Sevindirici haldır ki, müxtəlif təxribatlara baxmayaraq, danışıqlar yalnız ikitərəfli əsasda aparıldığına, hər hansı bir kənar müdaxilə olmadığına görə müsbət nəticələr verdi. Belə ki, cari ilin avqustun ayının 8-də Vaşinqtonda, Ağ Evdə ABŞ, Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri Birgə Bəyanat imzaladılar və ABŞ Prezidenti Donald Tramp da buna şahid qismində imza atdı.

Cənab Prezident çıxışında regional əməkdaşlığın önəmindən danışaraq xüsusi qeyd etdi ki, “Regional bağlantılar davamlı sülh istiqamətində baxışlarımızın əsasını təşkil edir”. Vaşinqton Sammitinin mühüm nəticələrindən biri də Zəngəzur dəhlizindən maneəsiz keçidi təmin edəcək və regional bağlantıları möhkəmləndirəcək “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”dur. Bu marşurutun həyata keçirilməsi təkcə ölkəmiz üçün deyil, ümumilikdə regionun inkişafı və qarşılıqlı əməkdaşlığın dərinləşməsinə xüsusi töhfə verəcəkdir.

Xüsusi olaraq qeyd etməliyik ki, Möhtərəm cənab Prezidentin BMT Baş Assambleyasında etdiyi çıxış və verdiyi mesajlar ölkəmizin beynəlxalq arenada mövqeyinin möhkəmlənməsində və yeni əməkdaşlıq imkanlarının yaradılmasında mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda ali kürsüdən Azərbaycanın ərazi və suverenlik məsələləri, həmçinin sülh müqaviləsi ilə bağlı deyilən fikirlər ölkəmizin mövqeyini daha görünən etməklə yanaşı cənab Prezidentin uğurlu və məqsədyönlü siyasətini bütün dünyaya nümayiş etdirmək baxımından olduqca önəmlidir.

Samir Baxşiyev
YAP Siyəzən rayon təşkilatının sədri

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər