ABŞ prezidenti ilə yüksək səviyyədə sıx əlaqə qurmaq İlham Əliyev tərəfindən böyük başarıdır



Vasif Əfəndi
Siyasi ekspert


Prezident İlham Əliyevin ABŞ-a səfərləri yalnız diplomatik təqvimin bir hadisəsi deyildir.Bu səfərlər tarixin axarını dəyişdirən mühüm mərhələyə çevrilmişdir. ABŞ Prezidenti ilə bu səviyyədə sıx təmas qurmaq təkcə iki dövlət arasında münasibətlərin rəsmi göstəricisi deyil, həm də Azərbaycanın beynəlxalq arenada qazandığı nüfuzun parlaq sübutudur.

Dünya yeni geosiyasi nizamın astanasındadır. Enerji resurslarına nəzarət, təhlükəsizlik məsələləri, regional balanslar dövlətlərin taleyini müəyyənləşdirən əsas faktorlara çevrilib. Məhz belə bir məqamda Azərbaycan liderinin Vaşinqtonda yüksək səviyyədə qarşılanması, ABŞ rəhbərliyi ilə birbaşa, açıq və strateji müzakirələr aparması təsadüfi deyil. Bu, Azərbaycanın artan rolunun, İlham Əliyevin isə çevik və uzaqgörən siyasətinin nəticəsidir.

Səfərin ən mühüm məqamlarından biri enerji təhlükəsizliyi mövzusu oldu. Azərbaycanın qazı və nefti bu gün Avropanın nəfəsi, regionun sabitliyi deməkdir. ABŞ da yaxşı anlayır ki, bu mənbələrin etibarlı şəkildə dünya bazarına çıxarılmasında Bakı əvəzsiz tərəfdaşdır. Əliyevin Vaşinqton danışıqları bu gerçəkliyi bir daha təsdiqlədi.Lakin enerji ilə yanaşı, təhlükəsizlik məsələləri də diqqət mərkəzində idi. Qarabağ sonrası bölgədə yaranmış yeni reallıqlar göstərdi ki, Cənubi Qafqazın gələcəyi Azərbaycanın əli ilə formalaşır. ABŞ-la qurulan bu yaxın əməkdaşlıq isə həmin reallığın beynəlxalq miqyasda qəbul olunmasına xidmət edir.

Bu səfərin digər əhəmiyyətli tərəfi iqtisadi və texnoloji əməkdaşlıqdır. XXI əsrin əsas gücü sadəcə torpaq və ya enerji deyil, həm də bilik, elm və texnologiyadır. İlham Əliyevin ABŞ-da apardığı müzakirələr Azərbaycan üçün bu istiqamətdə yeni imkanlar açacaqdır.

Bu gün Azərbaycan artıq təkcə Cənubi Qafqazın deyil, bütövlükdə Avrasiyanın güc mərkəzinə çevrilir. Vaşinqtonda qurulan bu münasibətlər isə ölkəmizin gələcək illər üçün həm siyasi, həm iqtisadi, həm də təhlükəsizlik baxımından dayanıqlı inkişafına möhkəm zəmin yaradır.

Beləliklə, Prezident İlham Əliyevin ABŞ səfəri sadəcə diplomatik görüşlər silsiləsi deyil, Azərbaycanın beynəlxalq mövqelərini gücləndirən, xalqımızın milli maraqlarını qlobal miqyasda müdafiə edən böyük siyasi zəfərdir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər