Sahibə Qafarova Malayziya Baş naziri ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova Malayziyanın Baş naziri Ənvər İbrahim ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, Baş nazir Ənvər İbrahim AİPA- nın 46-cı Baş Assambleyasının əhəmiyyətini qeyd edib və tədbirdə iştirakına görə Milli Məclisin sədrinə təşəkkürünü bildirib.

O, Azərbaycan Prezidenti İlham Əliyevə salamlarını və ən xoş arzularını çatdırmağı xahiş edib.

Söhbət zamanı Baş nazir Azərbaycanın dinamik inkişafını izlədiklərini söyləyib, Azərbaycanın əldə etdiyi uğurların, xüsusən iqtisadi tərəqqinin, beynəlxalq nüfuzunun artmasının Malayziyanı sevindirdiyini bildirib.

Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanla Malayziya arasında mövcud olan dostluq və əməkdaşlıq əlaqələrinin əhəmiyyətini qeyd edib. Ölkələrimizin müxtəlif beynəlxalq təşkilatlarda qarşılıqlı dəstəyindən məmnunluq ifadə olunub.

Görüşdə parlamentlərimiz arasında əməkdaşlıq məsələləri haqqında fikir mübadiləsi aparılıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər