İlham Əliyev Trampa təşəkkür etdi

İlham Əliyev Trampa təşəkkür etdiAzərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampa “TruthSocial” hesabındakı paylaşımına görə təşəkkür edib.

Bu barədə Prezident İlham Əliyev “X” hesabında bildirib.

“Azərbaycan və Ermənistan arasında sülh prosesinin irəlilədilməsində və tarixi Vaşinqton Sammitinə ev sahibliyi etməyinizdəki mühüm rolunuzu yüksək qiymətləndirirəm. Siz Azərbaycan və Amerika Birləşmiş Ştatları arasında əbədi dostluğun və yeni formalaşan strateji tərəfdaşlığın memarısınız. Dostluğumuzu böyük dəyər kimi qiymətləndirirəm”, - paylaşımda deyilir.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsində Azərbaycanla bağlı növbəti paylaşım edib. Ağ Ev rəhbəri özünün Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla birgə fotosunu paylaşıb.

“Azərbaycan və Ermənistan arasında müharibənin həllinə kömək etmək, eyni zamanda bu iki böyük lider Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyanla dost olmaq şərəfdir. Bu mənim üçün, amma daha da önəmlisi Amerika Birləşmiş Ştatları üçün əbədi dostluq olacaq”, - Tramp yazıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər