star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

CHP-dən Zəngəzur açıqlaması: Azərbaycanın nəzarətində olsun

Cənubi Qafqaz və Orta Asiya bölgəsini əhatə edən geosiyasi proseslər, xüsusən də Zəngəzur dəhlizi ilə bağlı perspektivlər Türkiyədə də diqqətlə izlənilir.

Bu mövzuda Modern.az-a açıqlama verən Türkiyənin ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasının (CHP) xarici siyasət koordinatoru İlhan Üzgel Zəngəzur dəhlizinin təkcə regional deyil, beynəlxalq əhəmiyyətə malik olduğunu bildirib.

“Cənubi Qafqaz bölgəsində sülh və sabitliyin davam etməsi bizim üçün önəmlidir. Belə bir mühitdə region ölkələri sahib olduqları potensialı daha səmərəli şəkildə həyata keçirə bilər. Biz bu sabitliyin qorunmasını və inkişaf etdirilməsini dəstəkləyirik” – deyə Üzgel vurğulayıb.

CHP rəsmisi Azərbaycanın Türkiyə üçün qardaş və etibarlı tərəfdaş olduğunu xüsusi qeyd edib:

“Azərbaycan bizim üçün sadəcə dost deyil, qardaş ölkədir. Biz hər zaman Azərbaycanın təhlükəsizlik və rifah içində olmasını istəyirik. Çünki Azərbaycanın təhlükəsizliyi Türkiyənin təhlükəsizliyidir. Türk xalqının dünyada ən çox güvəndiyi xalq azərbaycanlı qardaşlarımızdır”.

İlhan Üzgel Zəngəzur dəhlizi layihəsinin region üçün böyük strateji və iqtisadi əhəmiyyət daşıdığını bildirib:

“Zəngəzur dəhlizini biz yalnız Azərbaycanın iki parçasını birləşdirən layihə kimi deyil, eyni zamanda Türkiyədən Orta Asiyaya açılan strateji koridor, Türk dünyasını birləşdirən mühüm bir körpü kimi qiymətləndiririk. Bu layihə təkcə Azərbaycan və Türkiyəyə deyil, bütün bölgəyə iqtisadi fayda gətirəcək bir fürsətdir”.

CHP rəsmisi qeyd edib ki, bu dəhlizin tezliklə açılması həm Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında nəqliyyatı asanlaşdıracaq, həm də Türkiyə ilə Azərbaycan arasındakı əlaqələri yeni mərhələyə daşıyacaq:

“Zəngəzur dəhlizi həmçinin Orta Asiya ölkələrinin də Türkiyə və Azərbaycanla bağlarını möhkəmləndirəcək, regional əməkdaşlığa ciddi töhfə verəcək. Bu səbəbdən də biz bu prosesin sürətlə və Azərbaycanın maraqları nəzərə alınmaqla həll edilməsinin tərəfdarıyıq”.

İlhan Üzgel əlavə edib ki, CHP olaraq istər müxalifətdə, istərsə də gələcəkdə iqtidarda olsunlar, Azərbaycanın yanında olmağa davam edəcəklər:

“Biz partiya olaraq bu kimi strateji dəhlizlərin üçüncü ölkələrin nəzarətində deyil, Azərbaycanın razılığı və maraqları çərçivəsində idarə olunmasını dəstəkləyirik. Ən böyük arzularımızdan biri bu xəttin bir an öncə istifadəyə verilməsi və regionda yeni bir iqtisadi canlanmanın başlanmasıdır”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər