“Xankəndi beynəlxalq diplomatik arenaya çevrilir”

“Xankəndi beynəlxalq diplomatik arenaya çevrilir”Bunu Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün AzTV-yə Xankəndidə keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci Zirvə Görüşünə dair açıqlamasında deyib.

Səfirin sözlərinə görə, iyulun 3-ü və 4-də baş tutacaq sammitdə təşkilata üzv 13 ölkənin liderləri iştirak edəcək: “Bu tədbirdə bölgənin gələcəyi ilə bağlı çox önəmli müzakirələr aparılacaq”.

Birol Akgün Türkiyə və Azərbaycan arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyini də vurğulayıb:

“Biz səfirlik olaraq Bakıda iki qardaş ölkə arasındakı münasibətlərin inkişafına dəstək verməyə davam edirik. Bütün akademik araşdırmalarda Türkiyədə “ən çox güvəndiyiniz xalq kimdir?” sualına cavab olaraq Azərbaycan göstərilir. Azərbaycanda aparılan sorğularda isə eyni cavab Türkiyədir. Bu, həm elmi, həm də mənəvi baxımdan hər iki xalqın bir-birinə nə qədər yaxın olduğunu sübut edir”.

Xatırladaq ki, İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci Zirvə Görüşü Xankəndidə keçiriləcək. İyulun 3-ü və 4-də baş tutacaq tədbirdə təşkilata üzv 13 ölkənin liderləri iştirak edəcək. Zirvə görüşündə üzv dövlətlər arasında iqtisadi əlaqələrin inkişafı ilə yanaşı, dünyada baş verən son hadisələr də müzakirə olunacaq.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər