Heydər Əliyev və Azərbaycanın Qurtuluş Tarixi

1993-cü il 15- iyun Azərbaycan tarixinin şanlı səhifələrindən biri - Milli Qurtuluş Günüdür. Məhz həmin gün dövlətçiliyimiz bir daha yox olmaq təhlükəsindən xilas edilmişdir. Həmin gün ümummilli liderimiz Heydər Əliyevin üzərinə bəlkə də ulu Tanrı tərəfindən qoyulmuş xilaskarlıq missiyası sayəsində ölkəmizin müstəqilliyi növbəti təhlükədən qorunmuş, respublikamızda baş verən ictimai-siyasi böhran aradan qaldırılmış, ölkəmiz müstəqil dövlət kimi tanınmağa başlamışdır. Bu gün tam əminliklə deyə bilərik ki, milli qurtuluş ideologiyasının təntənəsindən sonra regionda və bütünlüklə dünyada Azərbaycanın nüfuzu daha da artmışdır. Bu tarixi hadisə sözün həqiqi mənasında Azərbaycanın mövcudluğunu, onun ən böyük tarixi nailiyyəti olan müstəqilliyini təmin etmişdir, çünki Azərbaycan xalqı hələ ilk dəfə 1918-ci ildə qazandığı müstəqilliyini qoruyub saxlaya bilməmişdi və indi də yenə həmin qara qüvvələr onun yolunda dayanaraq bu sərvət mənbəyini əldən vermək istəmirdilər. Ancaq uzun illər boyu xalq tarixin həmin qanlı səhifələrindən dərs almışdı və daha əzmkar, daha həmrəy olmağı bacardı. Bir də xalq çətin sınaq günündə bütün mənəvi məsuliyyəti öz üzərinə götürən cəsarətli, müdrik lideri – Ulu Öndər Heydər Əliyevə inana bildi. Beləliklə də, müstəqiliyimiz bərpa edildikdən sonra davam etməkdə olan gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsi kimi böyük faciədən və bunun qaçılmaz nəticəsi olan parçalanma təhlükəsindən xilas oldu və bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk olundu. 1997-ci ildən etibarən həmin gün müstəqil Azərbaycanın rəsmi bayramı kimi qeyd olunur.

Xalqımız növbəti ağır sınaqdan üzüağ çıxdıqdan sonra, milli qurtuluşunda nəyə qadir olduğunu, xilas yolunun vətəndaş həmrəyliyində olduğunu görərək və milli liderinə arxalanaraq inamla bu günümüzə, uğurlarına doğru addımlamışdır. Bu dövrdən etibarən, ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi, mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yaradılmış, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlanmışdır. Bu gün Respublikamız artıq beynəlxalq arenada daxili çəkişmələri, sosial-iqtisadi problemləri ilə deyil, demokratik, multikulturalist və tolerant bir dövlət kimi, müxtəlif beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi edən, əmin-amanlıq hökm sürən dövlət kimi diqqəti cəlb edir.

Ülviyyə Ağayeva
Milli Məclisin deputatı

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər