Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası

Samir Baxşiyev
YAP Siyəzən rayon təşkilatının sədri


Müstəqillik və azadlıq bütün xalqlar və millətlər üçün ən müqəddəs nemətdir. Tarix boyu Azərbaycan xalqı olaraq azadlığımızın, müstəqilliyimizin yolunu illərlə gözləmiş, bu yolda mübarizə apararaq minlərlə şəhid vermişik. Bizlər bu gün dərindən anlayırıq ki, azadlığı, müstəqilliyi əldə etmək nə qədər çətindirsə, onu qoruyub saxlamaq daha da ağırdır.

Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür. Milli Qurtuluş Günü böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gün kimi xalqımızın yaddaşına əbədi həkk olunmuşdur. Bu günün mahiyyətini dərindən anlayan və qiymətləndirən hər bir vətəndaşımız üçün Qurtuluş Günü çox əzizdir. Bu önəmli tarixi bizlərə bəxş edən isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqına arxa, dayaq olan bir insan – Ümummilli Lider Heydər Əliyevdir.

XX əsrin sonlarında sovet imperiyasının dağılması ərəfəsində yenidən müstəqillik qazanmaq kimi tarixi fürsəti əldə edən Azərbaycan xalqı 1991-ci ilin 18 oktyabrında öz dövlət müstəqilliyini bərpa etmiş oldu. Lakin xalqımız üçün müstəqilliyin ilk illəri olduqca ağır və keşməkeşli keçmişdir. Bu illər ərzində tez-tez hakimiyyət dəyişiklikləri və daxili siyasi qarşıdurmanın dərinləşməsi nəticəsində ölkədə böhran vəziyyəti qorxulu həddə çatmışdı. Bir tərəfdə Surət Hüseynovun qiyamı, digər tərəfdə Əlikram Hümbətovun “Talış-Muğan respublikası” yaratmaq iddiası, ölkənin şimalında Sadvalçıların separatçılıq meylləri, həmçinin mənfur düşmənimizin torpaqlarımıza təcavüzü və işğalı, hakimiyyət başındakıların səriştəsizliyi və özbaşnalığı ölkəni uçuruma aparırdı. Şəhidlərimizin qanı hesabına qazandığımız müstəqilliyimiz itirilmək təhlükəsi qarşısında qalmışdı. Milli dövlətçiliyimizin itirilmək təhlükəsi qarşısında qaldığı və ölkənin ağır günlərini yaşadığı bir zamanda xalqımız 1993-cü ilin iyun ayında mövcud hakimiyyətin dəyişməsini təkidlə tələb etmiş və həmin vaxtdan taleyini yenə Ulu Öndər Heydər Əliyevə etibar etmişdir. Xalqının belə bir dar gündə qaldığını görüb onun təkidli dəvətini qəbul edən Ulu Öndər Azərbaycanda yenidən böyük siyasətə qayıtmışdır. Xalqın təkidli tələbindən sonra 1993-cü ilin 9 iyununda Heydər Əliyev Bakıya gəlmiş və dövləti mövcud bəladan xilas etmək yolunda bir sıra görüşlər və məsləhətləşmələr aparmışdır. Xalq Ulu Öndər Heydər Əliyevin bu qayıdışını ümid və sevinclə qarşılamış və iyunun 15-də Ümummilli Lider Heydər Əliyev Ali Sovetin sədri seçilmişdir ki, həmin gün isə Milli Qurtuluş Günü kimi müstəqil Azərbaycanın tarixinə əbədi olaraq yazılmışdır.

Ulu Öndər Heydər Əliyev hakimiyyətə ikinci dəfə qayıdışından dərhal sonra vaxt itirmədən ağır vəziyyətdə olan respublikanın qarşısında duran problemləri həll etməyə başladı. Gəncədəki hadisələr dinc yolla nizamlanma axarına düşdü. Əlikram Hümbətovun elan etdiyi “Talış-Muğan Respublikası” Heydər Əliyevin xalqa müraciəti və bölgə zəhmətkeşlərinin təzyiqi ilə ləğv olundu. “Sadval”çıların separatçı hərəkətlərinin qarşısı alındı. Ayrı-ayrı şəxslərə və siyasi qruplara xidmət edən silahlı birləşmələr məhv edilməyə başlandı. Cinayətkar ünsürlər cəmiyyətdən təcrid edildi və cəzalandırıldı. Ölkədə əmin-amanlıq siyasi sabitlik yarandı. Məhz intibah və milli şüurun oyanışı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlamış, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter almışdır. Məhz bu gün əminliklə deyə bilərik ki, ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilmişdir. Əminliklə deyə bilərik ki illər ötəcək, nəsillər dəyişəcək, amma müasir müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı Ümummilli Lider Heydər Əliyev və onun tarixi xidmətləri xalqımızın yaddaşında əbədi qalacaqdır.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər