star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

Ədalət Partiyası bəyanat yayıb

Ədalət Partiyasının IX Qurultayına hazırlıq üzrə Təşkilat Komitəsinin bu gün keçirilən iclasında bir neçə nəfərin partiya sıralarını tərk etməsinə münasibət bildirilib.

Bununla bağlı Təşkilat Komitəsinin yaydığı açıqlamada deyilir:

Ədalət Partiyasının IX Qurultayına hazırlıq üzrə Təşkilat Komitəsi bütün iddialı üzvlərinin qurultayda iştirak etməsi və öz iddialarını qurultay nümayəndələrinin müzakirəsinə təqdim etməsi barədə dəfələrlə çağırışlar etmişdir. Lakin bir neçə nəfər bunu qəbul etməyərək, partiya sədrini əvvəlcədən öz aralarında müəyyənləşdirərək, Qurultayın formal xarakter daşıması iddialarından geri çəkilmək istəmədi.
Ədalət Partiyasının çoxsaylı üzvləri, funksionerləri həmin şəxslərin Nizamnamənin, partiyadaxili demokratik mühitin pozulmasına yönələn bu hərəkətlərini heç vaxt qəbul etməmiş və çox böyük təpki ilə qarşılamışlar.

Təşkilat Komitəsi təəssüflə bildirir ki, yaranmış fikir ayrılığını demokratik seçki yolu ilə həll etmək əvəzinə, Meydan Babayev və onunla həmfikir olan bir neçə nəfər Nizamnaməyə zidd addımlar atmağa cəhd göstərmiş, bu alınmadıqda isə partiya sıralarını tərk etmək haqqında qərar qəbul etmişdir.

Ədalət Partiyası hər zaman bütün üzvlərinə diqqətlə yanaşaraq barışdırıcı mühit formalaşdırmış, hər kəsin öz iddiasını təmin etməsi üçün şərait yaratmışdır. Mayın 17-də keçiriləcək Qurultay da məhz belə bir fürsət məkanıdır. Yaranmış fürsəti dəyərə çevirmək əvəzinə onların partiya sıralarını tərk etmək seçimləri təəssüf doğrurur.

Təşkilat Komitəsi bildirir ki, partiyadakı statusundan asılı olmayaraq hər bir üzvümüzün partiya sıralarını tərk etməsi bizim üçün arzuolunmazdır. Bununla belə Ədalət Partiyası həmin şəxslərə partiyadakı müsbət xidmətlərinə görə təşəkkür edir.
Ədalət Partiyası bir daha bəyan edir ki, partiya öz monolitliyini saxlamaqda, növbəti IX Qurultayına hazırlığı davam etdirməkdədir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər