star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

Almaniya ilə iqtisadi sahədə əməkdaşlığımız uğurla davam etdirilir

Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda Möhtərəm cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən Azərbaycan dövlətinin xarici siyasətində ən mühüm istiqamətlərdən birini ölkəmizin milli maraqları təşkil edir. Bu baxımdan son illər ölkəmizin çoxşaxəli xarici siyasətində Avropa İttifaqına daxil olan ölkələrlə əlaqələrin möhkəmləndirilməsi əsas prioritetlərdən birinə çevrilmişdir. Məhz bunun nəticəsidir ki, Azərbaycanla Avropa İttifaqına daxil olan ölkələr arasında münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Xüsusilə son dövrlərdə dünyanın yeni geosiyasi vəziyyətində Azərbaycanın mövqeyi möhkəmlənməkdədir. Qeyd etməliyik ki, Azərbaycanın Avropada etibarlı tərəfdaş kimi münasibətlərini ildən-ilə inkişaf etdirdiyi ölkələrdən biri də Almaniyadır. “Böyük Yeddilik” ölkəsi olan Almaniya Avropanın əsas iqtisadi və siyasi güc mərkəzi olmaqla yanaşı Avropa İttifaqının da qurucu və aparıcı dövlətlərindən biridir.

Ölkəmiz Avropa Birliyi ilə sıx əməkdaşlıq prosesində Almaniyanın dəstəyinə xüsusi önəm verir. Almaniya Federativ Respublikası dünya iqtisadiyyatında və siyasətində mühüm rol oynayan ölkə olmaqla Azərbaycanla bütün sahələrdə əməkdaşlığın genişləndirilməsinə tərəfdardır. Həmçinin Avropa İttifaqının əsas lokomotivi rolunu oynayan rəsmi Berlin Azərbaycanla münasibətlərinin dərinləşməsində və Cənubi Qafqazda sülh və təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində Azərbaycanla Ermənistan arasında aparılan sülh danışıqları prosesində vasitəçi rolunu oynamaqdadır.

Qeyd etməliyik ki, Azərbaycanla Almaniya arasında əlaqələrin dərinləşməsində hər iki dövlət rəhbərinin qarşılıqlı səfərləri mühüm əhəmiyyət kəsb edir. Əminliklə deyə bilərik ki, məhz bu səfərlər hər iki dövlət arasında münasibətlərdə yeni səhifənin açılmasına gətirib çıxarmışdır. Xüsusilə qeyd etməliyik ki, son illərdə hər iki dövlət rəhbərinin qarşılıqlı səfərləri müntəzəm xarakter almaqdadır. Məhz bu baxımdan 02 aprel 2025-ci il tarixində Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin Cənubi Qafqaz regionuna səfəri çərçivəsində ölkəmizə işgüzar səfər etməsi mühüm tarixi hadisədir. Səfər çərçivəsində hər iki dövlət başçısının geniş tərkibdə görüşü keçirilmiş və daha sonra mətbuata birgə bəyanatlarla çıxış edilmişdir. Keçirilən görüşdə və mətbuata verilən bəyanatda Azərbaycanla Almaniya arasında münasibətlərin dərinləşməsi, həmçinin ölkəmizlə Avropa İttifaqı arasında əlaqələrin inkişafı və mövcud əməkdaşlığın daha da genişləndirilməsi, enerji məsələləri, eləcə də Azərbaycan-Ermənistan münasibətləri əsas diqqət mərkəzində oldu. Xüsusilə qonaq Prezidentin “Qarabağ regionunun Azərbaycan ərazisi olduğunu bilirik, tanıyırıq. Bu, bizim mövqeyimizdir və bu mövqe Azərbaycan tərəfindən də konkretləşdirilə bilər”
bəyanatı olduqca önəmli və əhəmiyyətli idi.

Cənab Prezident mətbuat konfransında ölkəmizin Avropa İttifaqına daxil olan dövlətlərlə münasibətlərinin inkişafından məmnunluğunu dilə gətirərək bildirmişdir ki, “hazırda Azərbaycanın bir çox Avropa ölkələri ilə münasibətləri uğurla inkişaf edir”. Məlumat üçün bildiririk ki, Azərbaycanla Almaniya arasında müxtəlif sahələri əhatə edən əlaqələrimiz dinamik şəkildə inkişaf etməkdədir. Xüsusilə hər iki dövlət arasında iqtisadi əlaqələr son illərdə yüksək səviyyədədir. Azərbaycan hazırda Almaniyanın Cənubi Qafqazda əsas iqtisadi tərəfdaşıdır. Almaniyanın regionda mövcud ticarət dövriyyəsinin 80 faizi ölkəmizin payına düşür. Bununla yanaşı Azərbaycanla Avropa İttifaqı arasında mövcud əlaqələr artıq yeni mərhələyə qədəm qoymuşdur ki, bu da Avropa İttifaqının aparıcı ölkəsi olan Almaniyanın maraqlarına uyğundur. Azərbaycan Avropanın enerji təhlükəsizliyi məsələlərinin həllinə öz töhfəsini verməkdədir. Sevindirici haldır ki, hazırda enerji təminatında Azərbaycan Avropa üçün etibarlı tərəfdaşa çevirmişdir.

Almaniya Federativ Respublikasının Prezidentinin son səfəri və keçirilən yüksək səviyyəli görüşlər və verilən bəyanatlardan aydın oldu ki, Almaniya da öz növbəsində Cənubi Qafqazın ən aparıcı ölkəsi sayılan Azərbaycanla əməkdaşlığı dərinləşdirmək üçün səylərini daha da artırmaq niyyətindədir.

Samir Baxşiyev
YAP Siyəzən rayon təşkilatının sədri

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər