Putin, Lukaşenko və Rəhman İlham Əliyevə zəng etdi

Martın 15-də Moskvada qeyri-rəsmi görüş keçirən Rusiya Prezidenti Vladimir Putin, Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko və Tacikistan Prezidenti İmaməli Rəhman Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng ediblər.

Avrasiya.net xəbər verir ki, Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Səmimi və dostluq mühitində keçirilmiş telefon söhbəti zamanı prezidentlər dövlətlərarası münasibətlərin gələcək inkişafına dair fikir mübadiləsi aparıblar.

Vladimir Putin dövlətimizin başçısını Böyük Vətən müharibəsində Qələbənin 80 illiyi ilə bağlı Moskvada keçiriləcək təntənəli tədbirlərə dəvət edib.

Prezident İlham Əliyev dəvətə görə minnətdarlığını bildirib.

Dövlət başçıları Moskvada Qələbənin 80 illiyi ilə bağlı keçiriləcək tədbirlərdə görüşəcəkləri barədə razılaşıblar.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər