star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları olmamalıdır

Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları olmamalıdırSamir Baxşiyev
YAP Siyəzən rayon təşkilatının sədri


Bildiyimiz kimi aralarında müxtəlif ölkələrin dövlət və hökumət başçılarının, beynəlxalq təşkilatların rəhbərlərinin, eyni zamanda bir sıra ali qonaqlar olmaqla ümumilikdə 400-dək nümayəndənin iştirakı ilə 13 mart 2025-ci il tarixində Bakıda Gülüstan sarayında XII Qlobal Forum keçirilmişdir. Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran mühüm beynəlxalq platformaya çevrilib.

Məhz bunun nəticəsidir ki, Mərkəzin təşkil etdiyi tədbirlərə maraq ildən-ilə artmaqdadır. “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda keçirilən Forum xüsusi əhəmiyyət daşıyırdı. Qeyd etməliyik ki, hazırki dövrdə yeni dünya nizamının formalaşması fonunda siyasi, iqtisadi, sülh və təhlükəsizlik məsələləri öz aktuallığını qoruyur. Dünyanın mövcud geosiyasi vəziyyəti bizə onu deməyə əsas verir ki, yaxın dövr ərzində əvvəlki mövcud vəziyyətə qayıdış mümkün olmayacaqdır. Belə olan halda keçirilən növbəti Forum dünyanın beyin mərkəzləri ilə bir çox məsələləri və qarşıda duran vəzifələri müzakirə etmək baxımından olduqca əhəmiyyətlidir.

Məlumat üçün qeyd etməliyik ki, Qlobal Bakı Forumu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının himayəsi altında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə 2013-cü ildən etibarən keçirilməkdədir. Keçirilən Forumlarda dünya gündəminin aktual mövzuları, qlobal problemlər və onlardan çıxış yolları müzakirə olunur. Xatırladaq ki, dünyanın bir sıra ölkələrinin sabiq dövlət başçılarının təmsil olunduğu Nizami Gəncəvi Beynəlxalq Mərkəzi 2012-ci ildə Gəncədə dahi şairin 870 illik yubileyi tədbirləri çərçivəsində təsis edilib. Aradan keçən müddət ərzində Mərkəzin təşkilatçılığı altında təşkil edilən beynəlxalq tədbirlər bir daha Nizami Gəncəvi Beynəlxalq Mərkəzin əhəmiyyətini və məramını artırır.

Forumun açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı və geniş nitqlə çıxışı mühüm əhəmiyyət kəsb edirdi. Cənab Prezident öz çıxışında dünyanın geosiyasi vəziyyəti ilə bağlı məsələlərlə yanaşı Cənubi Qafqazda sülh və təhlükəsizliyin təmin edilməsi, başda Fransa olmaqla Qərbin ölkəmizə qarşı tutduğu qərəzli mövqedən, eyni zamanda Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində nəzərdə tutulmuş addımlarla bağlı fikirlərini bildirdi. Həmçinin geniş nitqində dövlətimizin başçısı regionda və dünyada cərəyan edən hadisələrə geniş aspektdə toxunaraq, problemlərin həlli yolları barədə fikirlərini açıq şəkildə bildirdi.

Xüsusilə çıxışında Fransa–Azər¬baycan münasibətlərinə toxunan cənab Prezident 1990-cı illərin əvvəllərində ikitərəf¬li münasibətlərin müsbət istiqamətdə inkişaf etdiyini xatırladıb, amma İkin¬ci Qarabağ müharibəsinə və antiterror əməliyyatlarına Parisin reaksiyasının qeyri-adekvat olduğunu vurğulayıb. Azər¬baycan Prezidenti forum iştirakçılarını beynəlxalq qurumlarda ölkəmizə sank¬siya cəhdləri, həmçinin Fransanın COP29-un boykot edilməsinə yönəlmiş qarayaxma və böhtan kampaniyasından bəhs edərək bildirdi ki, bütün bunlara baxmayaraq COP 29 ölkəmizdə uğurla keçirildi və tarixə düşdü.

Cənab Prezident Ermənistanla davam edən sülh prosesindən də danışaraq xüsusi qeyd etdi ki, “Bizə lazımdır ki, onların Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları olmasın. Orada Azərbaycana qarşı ərazi iddiaları hələ də qalır.” Məhz bu məsələlər həllini tapdıqdan sonra iki dövlət arasında sülh prosesi nəticə verə bilər.

Xüsusi olaraq qeyd etməliyik ki, son vaxtlar Bakıda beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi onu göstərir ki, dünya Azərbaycanın daxili və xarici siyasətini dəstəkləyir, eyni zamanda ölkəmizin suverenliyini, ərazi bütövlüyünü bərpa etməsini, xalqın rifahının yaxşılaşıdırılması istiqamətində hökumətin fəaliyyətini təqdir edir. Bütün bunlar Möhtərəm cənab Prezident İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasətin məntiqi nəticəsidir. Məhz bu uğurlu siyasət sayəsində hazırda Azərbaycan regional güc mərkəzinə və yeni geosiyasi vəziyyətdə mühüm tərəfdaşa çevrilməkdədir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər