Burada Sizin reklam ola bilər!

Səbirli olun, Putin Əliyevə söz verib, edəcək! - Arkov

Səbirli olun, Putin Əliyevə söz verib, edəcək! - ArkovAZAL-ın təyyarəsinin qəzaya uğraması bizim ümumi faciəmiz və üç ölkənin dərdidir. Təyyarə Azərbaycanın olub və təyyarədə Azərbaycan, Rusiya və Qırğızıstan vətəndaşları ölüb.

Avrasiya.net xəbər verir ki, bu sözləri Axar.az-a beynəlxalq münaqişələr üzrə rusiyalı ekspert Vitali Arkov Aktau yaxınlığında AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı ötən gün dərc olunan ilkin hesabatı şərh edərkən deyib.

“Putin ötən ilin dekabrında həmkarı İlham Əliyevə iki dəfə zəng edib, başsağlığı verib, üzr istəyib və mümkün səbəbləri izah edib. Söhbət zamanı vəziyyət ətraflı müzakirə edilib. Bildirilib ki, aviasiya mütəxəssisləri tərəfindən aparılan araşdırmaların nəticələrinə əsasən müvafiq qərarlar qəbul ediləcək və təqsiri sübut edilən şəxslər cəzalandırılacaq. İstintaqın ilkin nəticələri yalnız bir gün əvvəl təqdim olunub. Hökumət səviyyəsində onları öyrənmək və həll yollarını hazırlamaq üçün vaxt lazımdır. Gəlin, səbirli olaq. Ölkələrimiz və xalqlarımız arasında münasibətlər səmimidir və mən bunu deməkdən çəkinmirəm – doğmadır. Rusiya isə bilərəkdən Azərbaycana zərər verəcək heç bir iş görməyəcək. İnsan faciəsi zəminində ad çıxarmaq istəyən ayrı-ayrı blogerlərin, siyasətçilərin şəxsi açıqlamaları dövlət siyasəti sayılmamalıdır”, - o bildirib.

Qeyd edək ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi 2024-cü il dekabrın 25-də Qroznıda Rusiya HHM sistemi vasitəsilə vurulub. Enişinə icazə verilmədiyindən Qazaxıstana üz tutan təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

Qəza ilə bağlı ilkin hesabat ötən gün yayılıb. Hesabatda təyyarənin Qroznı səmasında kənar müdaxiləyə məruz qalması və ciddi zədələnməsi səbəbindən qəzaya uğradığı təsdiqlənib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər