Hikmət Hacıyev İrana getdi
Dərc olunub:
1-02-2025, 20:15
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İran İslam Respublikasına səfər edib.
Avrasiya.net xəbər verir ki, bu barədə Azərbaycanın İrandakı səfirliyi məlumat yayıb.
Məlumata görə, Hikmət Hacıyev İran prezidentinin müşaviri Mehdi Sənayi ilə görüşüb, ikitərəfli əlaqələr və regional əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıb.