Türkiyənin yeni səfiri vəzifəsinin icrasına başladı
Dərc olunub:
1-02-2025, 14:11
Türkiyənin Azərbaycana yeni təyin olunmuş səfiri Birol Akgünü bu gündən vəzifəsinə başlayıb.
Bu barədə Avrasiya.net-ə səfirlikdən məlumat verilib.
Bildirilib ki, fevralın 1-dən etibarən yeni səfir Birol Akgün vəzifəsinin icrasına başlayıb.
Qeyd edək ki, yeni səfir ötən gün Azərbaycana gəlib və günün ikinci yarısında öz etimadnaməsinin surətini Xarici İşlər Naziri Ceyhun Bayramova təqdim edib.