Azərbaycan XİN ABŞ-a başsağlığı verdi
Dərc olunub:
30-01-2025, 13:27
Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ-a başsağlığı verib.
Bu barədə XİN-in X hesabında bildirilib.
"Vaşinqtonda sərnişin təyyarəsi ilə helikopterin havada faciəvi toqquşması bizi dərindən kədərləndirdi. Yaxınlarını itirənlərin ailələrinə dərin hüznlə başsağlığı verir və sağ qalanların can sağlığı üçün dua edirik", - qeyd olunub.
Qeyd edək ki, Vaşinqtonun Reyqan Milli Hava Limanı yaxınlığında sərnişin təyyarəsi “Blackhawk” helikopteri ilə toqquşaraq Potomak çayına düşüb. Təyyarədə 4 ekipaj üzvü olmaqla 60 sərnişin, helikopterdə isə 3 ABŞ əsgəri olub. Artıq 19 nəfərin cəsədi Potomak çayından çıxarılıb.