Sizin Reklam Burada

“Azərbaycanın daxili işlərinə qarışanlara çox sərt cavab verildi”

“Azərbaycanın daxili işlərinə qarışanlara çox sərt cavab verildi”“Prezident İlham Əliyev müsahibəsində daxili məsələlərlə bağlı bir sıra məqamlara da toxundu. Xüsusilə dövlət şirkətlərinin zərərlə işləyən strukturlardan gəlirlə işləyən struktura çevrilməsi çox vacib bir amil hesab edildi”.

Bunu xalqcəbhəsi.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

Deputat əlavə edib ki, cənab Prezidentin müsahibəsində bəzi beynəlxalq təşkilatların və xaricdəki müəyyən dairələrin, ayrı-ayrı ölkələrin Azərbaycanın daxili işlərinə qarışmaq cəhdlərinə çox sərt cavab verildi: “Azərbaycanın buna heç zaman imkan verməyəcəyini, öz suveren hüquqlarını həmişə qətiyyətlə qoruyacağı bildirildi. Bunun belə olduğu ilə bağlı onsuz da hər bir azərbaycan vətəndaşı məlumatlıdır və gündəlik həyatında görə bilir. Cənab Prezidentimizin müsahibəsi Azərbaycanın sabaha gedən yolunun aydın, beynəlxalq hüquq və Azərbaycanın milli maraqlarına uyğun olduğunu bir daha göstərdi”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər