"Zəngəzur dəhlizi açılmalıdır, bizi əsəbiləşdirməsinlər"
Dərc olunub:
7-01-2025, 22:53
Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır. Nə qədər tez onlar bunu başa düşsələr, o qədər yaxşıdır.
Avrasiya.net xəbər verir ki, bunu Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində deyib.
“Biz belə vəziyyətdə qala bilmərik. Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvana biz müxtəlif yollarla niyə getməliyik? Bütün bunları onlar (Ermənistan hakimiyyəti - red.) nəzərə almalıdırlar. Və mən bir dəfə demişəm: onlar gərək bizi əsəbiləşdirməsinlər və başa düşsünlər ki, burada söz sahibi bizik”, - Prezident qeyd edib.