Sizin Reklam Burada

Makronun planı iflasa uğradı

Makronun planı iflasa uğradıFransanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində və bilavasitə sessiya zamanı ölkəmizə qarşı destruktiv mövqe nümayiş etdirməsi və Azərbaycanın sədrliyini hədəfə alması bu ölkənin qeyri-adekvat qüvvələr tərəfindən idarə olunduğunu göstərir. Bu qüvvələrin başında isə təbii ki, Fransanın hazırkı prezidenti Emmanuel Makron dayanır.

Fransadakı erməni lobbisinin diktəsi ilə hərəkət edən Makron Azərbaycanın ev sahibliyi etdiyi BMT-nin bu mötəbər tədbirinin boykot edilməsi və baş tutmaması üçün əlindən gələn hər şeyi etdi. Lakin onun boykot çağırışları, eləcə də bir çox dövlət başçılarını tədbirə qatılmamağa təşviq cəhdləri arzuladığı nəticələri vermədi. Azərbaycan Prezidenti İlham Əliyevin COP29-un Liderlər Sammitindəki çıxışı zamanı bəyan etdiyi kimi dünya bu günlərdə Bakıda toplaşıb. Ölkəmiz BMT-nin mötəbər iqlim sammitinə uğurla ev sahibliyi etməyi bacardı.

Beləliklə, Fransanın Azərbaycan əleyhinə təbliğatları uğursuzluqla üzləşdi. Başqa sözlə desək, bu ölkənin pisliyi özünə qaldı. Lakin biz Fransanın bu cür parazit davranışlarına göz yummaq fikrində deyilik. Makron Fransası ölkəmizə qarşı qərəzli davranışlarına son qoymalıdır. Eyni zamanda, Yelisey Sarayı normallaşma prosesini təhlükə altına salan addımlarını dayandırmalı, regionda gərginliyi artıran siyasətindən əl çəkməlidir. Ən əsası isə, rəsmi Paris Ermənistanın geniş şəkildə silahlanmasını təmin edən, militarizmi və revanşizmi təşviq edən addımlarının sülh prosesinə ağır zərbə vurduğunu başa düşməli və bu cür təhlükəli, təhrikçi hərəkətlərin məsuliyyətini dərk etməlidir.

Bu baxımdan, rəsmi Bakının Fransaya yönəlik xəbərdaredici addımlar atması çevik diplomatiyamızın təzahürüdür. Fransanın Azərbaycandakı səfiri Ann Buayonun Xarici İşlər Nazirliyinə (XİN) çağırılması, Fransanın anti-Azərbaycan hərəkətlərinə etirazımızın səfirin diqqətinə çatdırılması və Fransanın pozucu fəaliyyətlərinə son qoymasının təkidlə tələb olunması tərəfimizdən atılmış düzgün addımdır. Çünki Fransa ilə başqa dildə, başqa tonda danışmaq mümkün deyil. Bu ölkə yalnız nota dilini yaxşı anlayır, ədalətin gücü qarşısında geri çəkilməyə məcbur olur.

44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycanın qələbəsi ilə başa çatandan sonra Azərbaycan əleyhinə çirkin qarayaxma kampaniyalarına start verən Fransa, Azərbaycanın COP29-a ev sahibliyi edəcəyinin elan olunmasından sonra isə ölkəmizə qarşı açıq düşmənçilik mövqeyinə keçməklə ölkələrimiz arasında münasibətlərin tamamilə pisləşməsinə gətirib çıxardı. Fransa-Azərbaycan münasibətlərinin bu dərəcədə pisləşməsinin əsas günahkarı Makrondur. Lakin biz ümid edirik ki, Azərbaycanın xəbərdarlıqları Makronu reallıq hissinə qaytaracaq. Fransa Azərbaycanla normal münasibətlər qurmaq yolunu seçməlidir.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər