Sizin Reklam Burada

Bu qanunun qəbulu çox pis ənənənin əsasını qoyacaq!

Bu qanunun qəbulu çox pis ənənənin əsasını qoyacaq!Əslində biz bu qanunu qəbul etsək, çox pis bir ənənənin başlanğıcını qoymuş olacağıq.

Avrasiya.net
xəbər verir ki, bunu Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev Milli Məclisin bu gün keçirilən plenar iclasında “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.

Millət vəkili bildirib ki, bazar iqtisadiyyatı olan ölkələrdə dövlət qiyməti vergilər, rüsumlar yolu ilə tənzimləmir, yəni qiymət müəyyənləşdirmir:

“Sabah da deyəcəyik ki, insan orqanizmi üçün çox vacib olan qidalar var, gəlin həmin qidalar üçün də yuxarı hədd müəyyənləşdirək ki, sahibkar öz malını bundan baha qiymətə sata bilməsin. Hesab edirəm ki, bu, yolverilməzdir. İkincisi, qiymətin artırılması nə vaxtdan istehlakçıların hüquqlarının müdafiəsi kimi təqdim oluna bilər? Qeyd olunur ki, bu, həm də saxta içkilərin qarşısını alacaq.

Əvvəla, içkinin saxta olması onun keyfiyyətsiz olması demək deyil, bu, kölgə iqtisadiyyatının bir sahəsi ola bilər. Hətta onların qeydiyyatdan keçmiş zavodlarda istehsal olunan içkilərdən də keyfiyyətli olması mümkündür. Sadəcə olaraq, o mənada saxta adlandırıla bilər ki, qeydiyyatdan keçməyib. Digər tərəfdən onun keyfiyyətli olub-olmamasını yalnız müvafiq laboratoriyalarda müəyyənləşdirmək mümkündür. Hörmətli Azər Əmiraslanov demədi ki, indiyədək nə qədər saxta içki istehsal edən sexlər aşkar olunub, piştaxtalardan nə qədər belə spirtli içkilər yığışdırılıb, neçə nəfər buna görə məsuliyyətə cəlb olunub. Yəni bunu doğuran, zəruri edən səbəblər haqqında bizə məlumat verilməlidir ki, bu barədə də heç nə deyilmədi. Sadəcə “mən belə hesab edirəm ki, bu belə olar, ona görə də belə bir qanun təklif edirəm” yanaşması düzgün deyil”.

Qüdrət Həsənquliyev həmçinin diqqətə çatdırıb:

“İkincisi, qiymətin artırılması lazımdırsa, bunu insanların sağlamlığının əsas götürülməsi ilə əsaslandırmaq düzgün yanaşma hesab oluna bilməz. Əvvəla, vaxtilə Qorbaçov alkoqolizmə qarşı mübarizə elan elədi, içkilər yığışdırıldı, qiymətlər qaldırıldı. Amma bunun nəticəsində də saxta içkilərin sayı bir az da artdı. İnsanlar hətta ayaqqabı kremlərindən də istifadə etdilər, kustar üsullarla əldə edilən spirtlər içdilər ki, bunlar insan orqanizminə daha ciddi ziyan vurdu. Saxta içkilərə qarşı hüquq-mühafizə orqanları və Qida Təhlükəsizliyi Agentliyi effektli mübarizə aparmalıdır. Spirtli içki aksizli mal sayılır və buna görə hazırda Vergi Məcəlləsində hər litrə görə 4.8 manat aksiz vergisi nəzərdə tutulub. Yəni 4.8 manatı qaldırıb edək 10 manat. Yəni istehsal olunan mal zavodun həyətindən çıxdığı andan, tutaq ki, hər litrə görə 10 manat aksiz vergisi ödəsin. Bu halda o məcburdur ki, malın maya dəyərini də qiymətə əlavə eləsin, yəni içkinin qiyməti qalxmış olacaq”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər