Sizin Reklam Burada

Bakı şərtini elan etdi: AŞPA-ya qayıda bilərik…

Bakı şərtini elan etdi: AŞPA-ya qayıda bilərik…Bu yaxınlarda Avropa Şurasının baş katibi səviyyəsində Azərbaycan xarici işlər naziri ilə ABŞ-da BMT Baş Assambleyasının toplantısında görüş keçirildi. Bu görüşdə qarşılıqlı dialoq haqqında müzakirələr aparıldı. Amma bunun üzərindən bir neçə gün keçdikdən sonra AŞPA-da Azərbaycanla bağlı “dinləmələr” baş tutdu, almaniyalı ermənipərəst deputat Frank Şvabe kimiləri Azərbaycana qarşı əsassız dinləmələr təşkil etdi.

Avrasiya.net xəbər verir ki, bu sözləri Milli Məclisin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsinin sədri Səməd Seyidov Teleqraf.com-a geniş müsahibəsində deyib.

O bildirib ki, bu dinləmələrdə birtərəfli mövqe sərgiləmək və əsassız olaraq dialoqdan çəkinmək, beynəlxalq davranışlara zidd yanaşmalar üstünlük təşkil etdi.

S.Seyidov vurğulayıb ki, Azərbaycan heç vaxt hansısa qurum, təşkilat, dövlətlə münasibətləri pozmaqda maraqlı deyil:

“Ölkəmiz özünə qarşı olan qeyri-obyektiv mövqeyə milli maraqlar çərçivəsində cavab verir. Bir daha bəyan edilib ki, AŞPA özünün qərəzli mövqeyindən əl çəkərsə, Azərbaycan normal müstəvidə əməkdaşlığa hazırdır. Bu heç də şəxsiyyətlərarası münasibətlər deyil. Söhbət dövlətlər, təşkilatlararası münasibətlərdən gedir. Ona görə də AŞPA öz mövqeyində korrektələr edəcəksə, Azərbaycanla təzyiq dilində danışmağın mümkünsüzlüyünü başa düşəcəksə, proseslər qaldığı yerdən davam edə bilər. Çünki qarşı tərəf nəhayət anlamalıdır ki, Azərbaycan özünün milli maraqlarını hansısa siyasi konyukturaya qurban verməyəcək”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər