Sizin Reklam Burada

İki deputat MDB PA-da vəzifə tutdular

İki deputat MDB PA-da vəzifə tutdularMDB PA-da Milli Məclisin nümayəndə heyətinin üzvləri – Milli Məclisin komitə sədri Arzu Nağıyev Təhlükəsizlik və yeni çağırışlarla və təhdidlərlə mübarizə sahəsində qanunvericiliyin təkmilləşdirilməsi üzrə birgə komissiyanın, Müdafiə və təhlükəsizlik üzrə daimi komissiyanın, deputat Nizami Səfərov Sosial siyasət və insan hüquqları üzrə daimi komissiyanın iclaslarında iştirak ediblər.

Avrasiya.net xəbər verir ki, iclaslarda MDB PA çərçivəsində qanunvericilik tənzimləmələri üzrə əməkdaşlıq imkanları, gündəlikdə olan model qanun layihələri, model qanunlara dəyişikliklər, digər qanunvericilik tənzimləmələrinə dair tövsiyə layihələri kimi məsələlər müzakirə olunub.

Onlayn iclaslarda həmçinin təşkilati məsələlərə baxılıb, daimi komissiyaların sədrləri və sədr müavinləri seçilib, hər üç komissiyanın növbəti iclasının tarixi və ilkin gündəliyi müəyyənləşdirilib.

Milli Məclisin üzvləri - Nizami Səfərov Sosial siyasət və insan hüquqları üzrə daimi komissiyanın sədri, Arzu Nağıyev MDB PA-nın Müdafiə və təhlükəsizlik üzrə daimi komissiyanın sədr müavini seçiliblər.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər