Sizin Reklam Burada

Birləşmiş Ştatları idarə edənlər bilməlidirlər ki...

Birləşmiş Ştatları idarə edənlər bilməlidirlər ki...Zaman dəyişdikcə, Qərb imperializminin üslub tərzi də dəyişir və yeni formalarda təzahür etməyə başlayır. Sanksiyalar siyasəti də bu yeni formalardan biridir. Belə ki, ABŞ və onun yandaşları (kollektiv Qərb) son illərdə sanksiyalar siyasətini öz əllərində geosiyasi “dəyənəy”ə çeviriblər və gah bu, gah da digər ölkəyə qarşı yerli-yersiz sanksiyalar tətbiq etməyə öyrəşiblər. Bu, beynəlxalq münasibətlərdə müşahidə edilən son dərəcədə mənfi tendensiyalardan biridir. Qərb ölkələri (xüsusilə də ABŞ) bu neqativ tendensiyadan öz geosiyasi maraqları üçün sui-istifadə edirlər.

ABŞ Konqresinin bir qrup ermənipərəst konqresmeninin Azərbaycana qarşı sanksiyalar tətbiq etmək üçün “2024-cü il Arsax Gəlirlərinin Bərpası haqqında Akt” adlı məkrli qanun layihəsi hazırlaması və dövlət katibi Entoni Blinkenə müraciə etmələri də həmin neqativ tendensiyanın bir tərkib hissəsidir. Bütün bu təşəbbüslər təbii ki, qeyri-qanunidir və beynəlxalq hüququn prinsiplərinə ziddir. Prezident İlham Əliyev bu günlərdə “Rossiya-1” televiziya kanalına verdiyi müsahibədə bu məsələyə toxunaraq, ABŞ-ın sanksiyalar siyasətinə kifayət qədər sərt münasibət bildirdi.

Dövlətimizin başçısı sözügedən müsahibəsində qeyd etdi ki, sanksiyalar siyasəti qeyri-qanunidir və bu siyasətin mövcud olmağa haqqı yoxdur: “Xüsusilə də bu sanksiyalar qeyri-qanuni olduqda və tamamilə əsassız və selektiv şəkildə tətbiq edildikdə. Ona görə də biz istənilən sanksiyalara qəti şəkildə qarşıyıq və hesab edirəm ki, beynəlxalq ictimaiyyət öz mövqeyini vahid qaydada bildirməlidir. Biz milli səviyyədə özümüzə qarşı, həm də təkcə bizə deyil, tətbiq olunan bütün sanksiyalara münasibətdə bu mövqeyi ifadə edirik”.

Beləliklə, Prezident İlham Əliyev “Rossiya-1” telekanalına müsahibəsində ABŞ-dan ölkəmizə qarşı yönələn iddiaları, o cümlədən sanksiyalarla bağlı çağırışları növbəti dəfə sərt şəkildə qınadı. Prezidentin ABŞ konqresmenlərinin ermənipərəst mövqeyini qınamağa tam haqqı çatır. Çünki dövlətimizin başçısı bu təşəbbüslərin erməni lobbisinin maraqlarına xidmət etdiyini və ABŞ-Azərbaycan münasibətlərinin pozulmasına yönəldiyini yaxşı bilir. Frank Pallone, Adam Şiff kimi mafioz konqresmenləri əslində ermənilərin taleyi əsla maraqlandırmır. Bu konqresmenlər Ermənistanı və erməniləri özləri üçün anonim qazanc mənbəyinə çeviriblər.

Azərbaycan isə ABŞ-ın birtərəfli qaydada və tam əsassız yanaşmalarla ölkəmizə qarşı tətbiq etməyə çalışdığı sanksiyalara görə öz haqlı mövqeyindən geri çəkilmək fikrində deyil. ABŞ-ın beynəlxalq hüquqa, BMT Nizamnaməsinə və dövlətlərin suveren hüquqlarına zidd çıxaraq öz mövqeyini diktə etməyə çalışması yolverilməzdir. Sanksiya təhdidləri Azərbaycanın ədalətli mövqeyinə təsir göstərə bilməz. Bunu Prezident İlham Əliyev oktyabrın 4-də Cəbrayıl şəhər sakinləri ilə görüşdə də açıq mətnlə vurğuladı: “Amerika Konqresinin 60 ermənipərəst konqresmeni Azərbaycana növbəti sanksiyalar tətbiq etmək üçün Amerika hökumətinə müraciət edib. Səhər mən o müraciəti vərəqlədim, çirkin bir müraciətdir, bizim iradəmizə təsir edə bilməz. Ancaq bu, nəyi göstərir, bizə qarşı olan düşmənçilik siyasəti dayanmır”.

Birləşmiş Ştatları idarə edənlər bilməlidirlər ki, Vaşinqtonun selektiv xarakter daşıyan sanksiya siyasəti özünü doğrultmur və eyni zamanda ABŞ-ın dünyada etibarsız, nankor müttəfiq obrazının yaranmasına səbəb olur. Bu gün Azərbaycanın da ABŞ-ı nankorluqda suçlamağa haqqı var. Azərbaycan Prezidenti Cəbrayıldakı çıxışı zamanı ABŞ-ın nankorluğunu ictimailəşdirməkdə tamamilə düzgün addım atıb. Başqa nə deməliydi ki? Birləşmiş Ştatların prezidentləri ABŞ Əfqanıstandan qaçana qədər hər il Azərbaycana qarşı məlum sanksiyaları öz qərarları ilə ləğv edirdilər. Çünki Azərbaycanın dəstəyinə ehtiyacları vardı. Lakin Əfqanıstan avantürası bitəndən sonra isə bizə qarşı həmin sanksiyaları yenidən tətbiq etməyə başladılar. Bu hərəkətin bir adı siyasi riyakarlıqdırsa, digər adı isə nankorluqdur. Bu mənada İlham Əliyevin ABŞ-ın nankorluğunu açıq mətnlə dilə gətirməsi tam da yerinə düşür. Cənab Prezident özü isə bu məsələyə “Rossiya-1” telekanalına müsahibəsində belə nöqtə qoydu: “Mən onları nankorluqda ittiham edəndə, hesab edirəm ki, bu, həmin kontekstdə istifadə olunacaq ən sərt söz deyil”.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər