Sizin Reklam Burada

Zəngəzur dəhlizini verməsək, onu bizdən alacaqlar

Zəngəzur dəhlizini verməsək, onu bizdən alacaqlarBiz “Zəngəzur dəhlizi” deyirik, amma əslində söhbət Cənubi Qafqazın yeni arxitekturasından gedir.

Axar.az xəbər verir ki, bu sözləri “Alternativ layihələr” qrupunun üzvü, ekspert Vahe Ovannisyan erməni mediasına müsahibəsində deyib.

“Elə vəziyyət yaranıb ki, Qərb yol üçün bir variant, Rusiya başqa variant təklif edir; Ermənistan isə ona sərfəli, Rusiya ilə Qərb arasında münaqişə predmetinə çevrilməyəcək variantı təklif etmir. Hamıya və hər şeyi “yox” deyirik. Bu ona gətirib çıxaracaq ki, bütün məsələlər bizsiz, amma ərazimizdə həll olunacaq”, - o bildirib.

Sərhədlərin dəyişdirilməsini özünün “qırmızı xətti” elan edən İrana gəlincə, Ovannisyan qeyd edib:

“Əvvəla, İran çox ciddi münaqişədə iştirak edir və bu hələ mübahisəlidir ki, onun sizi sona qədər qorumaq üçün kifayət qədər resursu və vaxtı olacaqmı? Həm də özün-özünü qorumadığın bir situasiyada.
İkincisi, rəqibləriniz İranla daha geniş maraqlarla danışıqlar apara və nədəsə güzəştə getməklə bu məsələdə istədiklərini əldə edə bilərlər.

Üçüncüsü, İranla münasibətlərimiz yalnız bəyanatlar səviyyəsindədir, “dəmir zəmanət” deyil. Biz İranla xüsusilə Zəngəzurda ciddi iqtisadi layihələr işləmirik”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər