Sizin Reklam Burada

Ermənistan Moskvada görüşdən imtina edib

Ermənistan Moskvada görüşdən imtina edib
Azərbaycan və Ermənistan xarici işlər nazirləri MDB xarici işlər nazirlərinin toplantısında iştirak etmək üçün Moskvadadırlar. Rusiya hər iki ölkənin xarici işlər nazirlərinin görüşünün keçirilməsində maraqlıdır. Çünki, BMT sammiti çərçivəsində ABŞ dövlət katibi E. Blinkenin vasitəçiliyi ilə nazirlərin görüşü keçirilmişdi. Rusiya da belə bir görüşün təşkili ilə Qərbə mesaj vermiş olardı. Amma, Ermənistan tərəfi Moskvanın vasitəçiliyini qəbul etməyib.

Bunu Avrasiya.net-ə politoloq Məhəmməd Əsədullazadə deyib.

O, qeyd edib ki, ümumiyyətlə, Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünə ehtiyac yoxdur:

"Təbii ki, Rusiyanın vasitəçiliyi ilə danışıqlar prosesinə ehtiyac yoxdur. Tərəflər əlavə vasitəçiyə ehtiyac olmadan ikitərəfli gündəliyi müzakirə edir. Hazırda danışıqlarda müəyyən durğunluq var. Ermənistan tərəfi razılaşdırılmış 13 bənd üzrə "Aralıq" sülh müqaviləsinin bağlanmasında maraqlıdır. Bu xüsusda Vaşinqton Yerevanın mövqeyini dəstəkləyir.

Azərbaycan üçün ən məqbul variant isə, "Yekun" sülh müqaviləsinin bağlanmasıdir. Prezident İlham Əliyev prinsipial olaraq bütün bəndlər üzrə "Yekun" sülh müqaviləsinin bağlanmasını şərtini irəli sürür. Region üçün də ən məqbul variant yekun sülh müqaviləsi bağlanmasıdir.

COP29 kimi tərəflər arasında sülh sazişinin bağlanması gözlənilmir. Ermənistan rəhbərliyi bütün bəndləri qəbul etdikdən sonra, "Yekun" sülh müqaviləsi bağlanacaq. Son günlər guya Azərbaycanın Ermənistana əlavə şərtlərlə çıxış etməsi, xüsusilə, birinci Qarabağ müharibəsində iştirak edənlərlə bağlı tələblər irəli sürməsi revanşistlərin N. Paşinyana təzyiq vasitəsidir".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər