Mirzoyan və Bayramov Moskvada görüşəcək?
Dərc olunub:
7-10-2024, 11:27
Moskvada Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin ayrıca görüşü planlaşdırılmır.
Avrasiya.net xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan deyib.
Qeyd edək ki, oktyabrın 7-də Moskvada MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclası keçiriləcək. İclasda iştirak etmək üçün Ermənistan və Azərbaycanın xarici işlər naziri Moskvaya gedib.