Sizin Reklam Burada

Ayxan Hacızadə Almaniyaya cavab verdi

Ayxan Hacızadə Almaniyaya cavab verdi“Bir il əvvəl Azərbaycan Ermənistanın Qarabağ bölgəsindəki qeyri-qanuni hərbi mövcudluğuna və onun separatçı rejiminin varlığına son qoydu. Dağlıq Qarabağ adlı heç bir bölgə və ya qurum yoxdur".

Avrasiya.net xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə “X” platformasında Almaniya XİN-ə cavabında bildirib.

XİN rəsmisi diqqətə çatdırıb ki, münaqişə 30 il əvvəl Ermənistanın hərbi təcavüzü və azərbaycanlılara qarşı etnik təmizləmə aparması nəticəsində başlayıb. Ayxan Hacızadə əlavə edib ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra münaqişə başa çatıb.

O qeyd edib ki, bölgəni tərk etmək erməni sakinlərin öz seçimi olub və Azərbaycan tərəfi onları bunu etməkdən çəkindirib.

“Bəli, indi sülh vaxtıdır və ümid edirəm ki, Ermənistan Azərbaycanın xoş niyyətinə cavab verəcək, qonşu dövlətlərin ərazisinə olan iddialarından təkcə sözdə deyil, həm də əməldə əl çəkəcək”, - Ayxan Hacızadə vurğulayıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər