Sizin Reklam Burada

ƏHD Partiyası: “İran dost olmayan dövlət elan edilsin!”

ƏHD Partiyası: “İran dost olmayan dövlət elan edilsin!”Ədalət, Hüquq, Demokratiya Partiyasının (ƏHD) İdarə Heyəti İranın “Zəngəzur dəhlizi” ilə bağlı isterik davranışlarını pisləyən bəyanat yayıb.

Avrasiya.net xəbər verir ki, bəyanatda deyilir:

“Son günlər Rusiya Federasiyasının “Zəngəzur dəhlizi”nin açılmasının zəruriliyi barədə Ermənistana öz beynəlxalq öhdəliklərini xatırlatması İran İslam Respublikasında əsl isteriya yaradıb. Buna görə Rusiyaya diş qıcayıb hökküldəyən İran rəsmilərini kənardan müşahidə etdikcə nifrətin və qərəzin insanları necə rəzil etdiyinin bir daha şahidi olursan. Ermənistan Azərbaycan torpaqlarını işğal edib 1 milyon müsəlmanı ev-eşiyindən didərgin salanda quzu kimi susan bu “islam” dövləti indi riyakarcasına Naxçıvana maneəsiz gediş-gəlişi təmin etməli olan yolun açılışını Ermənistanın ərazi bütövlüyünə təhdid kimi qiymətləndirir, “ərazi bütövlü”yünün onlar üçün “qırmızı xətt” olduğunu söyləyir, özündən böyüklərə hədə-qorxu gəlməkdən belə çəkinmir, müsəlmanlar arasında maneəsiz gediş-gəlişə imkan verməməyə çalışır. Təəssüf ki, İranın bu riya ilə dolu fitnəkar siyasəti türk soydaşımızın prezidentliyi dövründə də davam etdirilir. ƏHD Partiyası hesab edir ki, bəzi İran rəsmilərinin təhqirlərlə dolu hədyanlarına Rusiya, Türkiyə və Azərbaycan xarici işlər nazirlikləri sərt cavab verməli, İranı təxribatçı, regional inkişafa ziyan vuran, islama və insanlığa zidd fəaliyyətinə son qoymağa çağırmalıdırlar. ƏHD Partiyası Azərbaycan hökumətini İranla münasibətlərə yenidən baxmağa, İranı dost olmayan dövlət elan etməyə çağırır”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər