Fazil Mustafanın vəkili Laçın şəhərində seçicilərlə görüşüb - FOTOLAR
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafanın vəkili Fəxrəddin Sadıqov seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Laçın şəhərində seçicilərlə görüş keçirib.
Avrasiya.net xəbər verir ki, F. Sadıqov öncə seçicilərə Fazil Mustafanın seçki platforması haqqında məlumat verib, etimad qazanacağı təqdirdə onun görəcəyi işlərdən bəhs edib. Vəkil qeyd edib ki, F.Mustafanın əsas məqsədi yalnız xalqa xidmət etməkdir. "Əgər Fazil Mustafa sizin etimadınızı qazanarasa xalqımızın rifahı naminə əlindən gələni əsirgəməyəcək" - deyən F.Sadıqov Prezidentliyə namizədin hər zaman xalqla yaxın təmasda olduğunu, sosial problemlərinin həllinə dəstək durduğunu qeyd edib.
F.Sadıqov seçkilərin demokratik, şəffaf keçirilməsi üçün hamını Prezident seçkilərində fəal iştiraka çağırıb. Sonda vəkil seçicilərin çoxsaylı suallarını cavablandırıb.