Milli Məclis Heydər Əliyevlə bağlı bəyanat qəbul etdi
Milli Məclis Ulu Öndər Heydər Əliyevlə bağlı bəyanat qəbul edib.
Avrasiya.net xəbər verir ki, bu gün parlamentdə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi və Milli Qurtuluş Gününün 30 illiyinə həsr edilmiş xüsusi iclas keçirilib. İclasa qatılan deputatlar Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətləri haqqında geniş çıxışlar ediblər.
İclasın sonunda Milli Məclisin Heydər Əliyevin 100 illilinə həsr edilmiş bəyanatı qəbul edilib. Bəyanatda Ulu Öndər Heydər Əliyevin Azərbaycanda xilaskarlıq missiyası haqqında qeyd edilib. Bildirilib ki, Heydər Əliyevin hər iki dəfə Azərbaycanda hakimiyyətə gəlişi ölkəmizin və xalqımızın həyatına çox ağır sınaqlara təsadüf edib:
"Hər dəfə Heydər Əliyev xalqın ona inamını layiqincə doğruldub. Heydər Əliyevin xilaskarlıq missiyası sayəsində Azərbaycan məhv olmaq təhlükəsindən xilas olub, ölkədə möhkəm ictimai-siyasi sabitlik yaradılıb, Azərbaycan inkişaf yoluna qədəm qoyub".