Xankəndidə çaxnaşma: Araik Bakıya təslim olur
Xankəndidə separatçı rejimin “başçısı” Araik Arutyunyan təslim olmaqdan başqa yolun qalmadığını hesab edir.
Avrasiya.net Publika.az-a istinadən xəbər verir ki, bu barədə “Hraparak” nəşri yazıb.
Nəşr qeyd edib ki, Araik son həftələrdə “siyasətçilər”, “ziyalılar”, eləcə də digər “siyasi qruplar” və “ictimaiyyət nümayəndələri” ilə intensiv görüşlər keçirir:
“Mənbələrimizdən əldə etdiyimiz məlumata görə, Araik bütün görüşlərdə vəziyyətin çətin olduğunu deyir, təslim olmaq haqda danışır və gələcəyin qeyri-müəyyənliyindən bəhs edir.
Araikin keçirdiyi görüşlərdən sonra Xankəndidə ciddi çaxnaşma yaranıb, artıq çoxları üçün Qarabağda qalmaq mənasızdır”.
Qeyd edək ki, rəsmi Bakı separatçılara təslim olacaqları təqdirdə amnistiyaya düşə biləcəkləri ilə bağlı təklif irəli sürüb.