Fransa və Hindistana ciddi cavab verməliyik - Deputat
Dərc olunub:
13-06-2023, 12:04
Ermənistan bu gün bir tərəfdən Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmağa çalışır, digər tərəfdən Hindistanla hərbi əməkdaşlıq edir.
Avrasiya.net xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar sessiyasının iclasında deputat Elşad Mirbəşiroğlu bildirib.
“Hesab edirəm ki, Azərbaycan buna qarşı ciddi münasibət bildirməlidir. Hindistanla Ermənistan arasında hərbi əməkdaşlığın olması sülh prosesinə təsir edir. Bir tərəfdən Azərbaycan və Ermənistan arasında münasibətləri normallaşdırmaqda vasitəçilik yaratmaq istəyən Fransa da bu əməkdaşlığa şərait yaradır. Ona görə də qısa zamanda biz buna cavab verməliyik”, - deyə deputat vurğulayıb.