Sizin Reklam Burada

Şuşa Bəyannaməsi imzalanmaqla məşhur Qars müqaviləsi təzələndi

Şuşa Bəyannaməsi imzalanmaqla məşhur Qars müqaviləsi təzələndiAzərbaycanın çağdaş hərbi-siyasi tarixinin ən parlaq səhifələrindən biri olan Şuşa Bəyannaməsinin imzalanmasının ikinci ili tamam olmaq üzrədir. Şuşa Bəyannaməsi Türkiyə ilə Azərbaycanın qardaşlıq taleyini rəsmiləşdirən tarixi sənəddir. Bu bəyannamənin imzalanmasının hərbi, siyasi, iqtisadi, mədəni əhəmiyyəti ilə yanaşı, həm də çox böyük rəmzi mənası var. Çünki 2021-ci il iyun ayının 15-də, müstəqil Azərbaycan dövlətinin Qurtuluş günündə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın və Türk dünyasının mədəniyyət paytaxtı Şuşa şəhərində bu bəyannaməni imzalaması ilə məşhur Qars müqaviləsi təzələndi.

Həmin gün Şuşa Bəyannaməsi imzalanarkən Prezident İlham Əliyev də öz çıxışında bu siyasi aktın tarixi əhəmiyyətini vurğulayaraq bildirdi ki, “tarixi Qars müqaviləsi düz 100 il əvvəl imzalanıb. Bu da böyük rəmzi məna daşıyır. Yüz ildən sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanmış birgə Bəyannamə bizim gələcək iş birliyimizin istiqamətini göstərir”. Biz burada çox önəmli olan digər məqamı da xüsusi olaraq vurğulamalıyıq ki, tarixi Qars müqaviləsi yalnız Naxçıvan Muxtar Respublikasının təhlükəsizliyini təmin edirdisə, Şuşa Bəyannaməsi isə bütün Azərbaycanın gələcək təhlükəsizliyinin qarantına çevrildi.

Bu bəyannamədə bir çox önəmli məsələlər öz əksini tapıb. Belə ki, Şuşa Bəyannaməsində Azərbaycan və Türkiyənin hərbi, siyasi əlaqələri, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti, beynəlxalq müstəvidə birgə əməkdaşlıq və bütün digər sahələr əhatə olunur. Bir sözlə, bəyannamədə iki qardaş ölkə üçün həyati önəm daşıyan hər bir məsələ diqqət mərkəzində saxlanılıb. Bu da bəyannamənin əhəmiyyətini şərtləndirən mühüm amillərdən biridir.

Sözügedən tarixi sənədin imzalanmasından ötən 2 il ərzində cərəyan edən regional və qlobal proseslər, o cümlədən Rusiya-Ukrayna müharibəsi fonunda baş verən geosiyasi təlatümlər Şuşa Bəyannaməsindən irəli gələn öhdəliklərin yerinə yetirilməsinin ölkələrimiz üçün nə dərəcədə böyük əhəmiyyət kəsb etdiyini bir daha təsdiqləyir. Bəyannamədən irəli gələn qarşılıqlı öhdəliklərin icrası hazırkı qlobal hərbi, siyasi, iqtisadi təlatümlər fonunda Azərbaycan və Türkiyə arasında müxtəlif sahələri əhatə edən əməkdaşlığın daha da dərinləşməsini təmin edəcək. Bu sənəd regional inteqrasiyaya və təhlükəsizliyə xidmət etməklə bərabər, eyni zamanda, Azərbaycan və Türkiyənin yeni güc mərkəzi kimi dünyada nüfuz sahibinə çevrilməsini, beynəlxalq mövqelərinin daha da möhkəmlənməsini şərtləndirir.

Ən önəmli məqamlardan biri də budur ki, Şuşa Bəyannaməsi Ermənistanın hərbi-siyasi rəhbərliyinə, revanşist erməni müxalifətinə və onlara havadarlıq edən ölkələrə də mühüm ismarıcdır. Belə ki, Şuşa Bəyannaməsi ilə Türkiyə tərəfi Azərbaycanın ərazi bütövlüyünün pozulması, dövlət sərhədlərinə təhdid kimi halların baş verəcəyi təqdirdə, öz Ordusu ilə ölkəmizin yanında yer alacağını açıq şəkildə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır. Bəyannamənin bu müddəası Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarət zonasına daxil olan ərazilərimizdəki erməni separatçı və terrorçu qüvvələrini də ciddi surətdə narahat edir. Çünki Azərbaycanın Xankədidə antiterror əməliyyatı keçirəcəyi təqdirdə, Türkiyə tərəfi bu əməliyyata da gərəkən dəstəyi verə bilər.

Bir sözlə, Şuşa Bəyannaməsi qardaş Türkiyəyə özünün bütün imkanları ilə hər zaman yanımızda olmağa imkan verir. Biz də öz növbəmizdə bütün beynəlxalq platformalarda qardaş ölkənin maraqlarını qorumağa hazırıq və qoruyuruq. Şuşa Bəyannaməsi qardaşlıq və müttəfiqlik fəaliyyətlərimizi istənilən platformada daha səmərəli koordinasiya etməyə imkan verir. Bu sənədin Cənubi Qafqazda sabitliyin qarantına çevrilməsi şəksizdir. Eyni zamanda, Şuşa Bəyannaməsi ölkələrimizə qarşı potensial hərbi-siyasi təhlükələrin qarşısını almaq üçün də sipər rolunu oynayır. Bu baxımdan, Azərbaycan və Türkiyənin dövlət başçılarının belə bir qabaqlayıcı sənədi imzalaması əsl siyasi uzaqgörənlik nümunəsidir.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər