Sizin Reklam Burada

Türkiyədəki seçki ənənəsi və siyasi mədəniyyət digər ölkələr üçün nümunə olmalıdır

Türkiyədəki seçki ənənəsi və siyasi mədəniyyət digər ölkələr üçün nümunə olmalıdırTürkiyədə seçki prosesi, sonrakı dönəm çox həssaslıqla izlənilir. Kifayət qədər tələbkar olan türkiyəli seçici kimə, hansı ideyalara, məqsədlərə səs verdiyinin fərqindədir. İnanmaq istərdik ki, qardaş ölkədə çox milyonlu seçici kütləsi Prezident Rəcəb Tayyib Ərdoğana və onun siyasi kursuna səs verməklə yanılmayıb.

Türkiyə Böyük Millət Məclisində (TBMM) ölkənin yeni kabinetinin üzvlərinin andiçmə mərasiminin keçirilməsini izlədik. Həmin yeni kadrların tərcümeyi-halına nəzər saldıqda bir daha şahidi oluruq ki, bu insanların hədəfi Türk xalqına, dövlətinə ləyaqətlə xidmət etməkdir.

Bir vacib məqamın telekanallar vasitəsilə müşahidə etdim. Keçmiş nazirlər öz xələflərinə, yeni komandaya vəzifələrini millətin, dövlətin şərəf işi olaraq təhvil verdilər. Böyük bir hörmətlə, ehtiramla öz postlarından çəkildilər. Həmin keçmiş məmurlar heç bir korrupsiya ittihamı ilə üzləşmədən bu prosesə imza atıblar.
Bütün bunlar Türkiyənin seçki təcrübəsinin və siyasi mədəniyyətinin nəticələridir. Bu da bir çox ölkələrə, xüsusilə, MDB məkanına nümunə olacaq təcrübədir.

Onu qeyd etmək lazımdır ki, Türkiyənin seçicisi çox tələbkardır. Onlar istənilən məmurun yaxasından yapışıb öz haqqlarını, hüquqlarını tələb etmək gücündədirlər. Müşahidələrimizə əsaslanaraq demək olar ki, Türkiyədə yalançı vədlərlə, populist çıxışlarla deyil, yalnız məsuliyyətli xidmətlə, insanların problemlərini həll etməklə əhalinin rəğbətini qazanmaq olar. İnanmaq istərdik ki, yeni heyət bu missiyanı qüsursuz yerinə yetirəcək.

Əkrəm Bəydəmirli

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər