Ölkəmizin beynəlxalq statusunu artıran önəmli amil
Artıq uzun illərdir ölkəmiz mötəbər regional və beynəlxalq tədbirlərə yüksək peşəkarlıqla ev sahibliyi edir, iqtisadi, siyasi, elmi, humanitar məsələlərin, müzakirə olduğu məkan kimi tanınır. Azərbaycan dünya miqyaslı idman yarışlarının yüksək təşkilatçılıqla keçirildiyi ölkə olaraq nümunə göstərilir və beynəlxalq ictimaiyyət tərəfindən təqdir olunur., Bu da ölkəmizin hərtərəfli sürətli inkişafının, burada bərqərar olan siyasi sabitliyin göstəricisidir.
Bakıda may ayının 31-də 28-ci Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin açılışı oldu. Açılışda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxış etdi. Bu çıxış təkcə sərgilərin fəlaliyyətə başlamasının bildirişi deyildi, şübhəsiz, açılış həm də sərgilərin dövlətlərarası münasibətlərə, iqtisadi və siyasi əlaqələrə yeni yanaşmaların mahiyyətini də tənzimləyəcək.
1994-cü ildə ilk dəfə neft və qaz sərgisinin keçirilməsi sonrakı dövrlər üçün bir başlanğıc oldu. Həmin il “Əsrin müqaviləsi”nin imzalanması da bu başlanğıcın zəruri davamı idi. Nəzərə alsaq ki, onda Azərbaycanın dövlət müstəqilliyi cəmi üç il idi bərpa olunmuşdu, onda bu müqavilənin imzalanmasının əhəmiyyətinin nə olduğu daha əhatəli bilinər. Azərbaycanda vətəndaş qarşıdurması yaranma ərəfəsində, Azərbaycanın torpaqlarının işğal edilməsi dövründə belə bir müqavilənin bağlanması dövlətin iqtisadi dayanıqlığını təmin edirdi. Neft kəmərləri, infrastrukturu olmayan bir ölkə üçün belə bir müqavilə dövlətçiliyin möhkələndirilməsində olduqca mühüm əhəmiyyətə malik oldu.
ABŞ-ın və Böyük Britaniyanın Azərbaycanın bütün təşəbbüslərini dəstəklədiyini nəzərə alsaq, qətiyyətlə deyə bilərik ki, Azərbaycan dünya ölkələri ilə enerji sahəsində uğurlu əməkdaşlıq aparır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışında vurğuladı ki, “Əhəmiyyətli tədbirlərdən biri Yunanıstan-Bolqarıstan interkonnektorunun açılışıdır. Bunun nəticəsində artıq Azərbaycan Bolqarıstana da qaz nəql edəcək. Bolqarıstan vasitəsilə digər ölkələrə də qazın nəqli imkanlarını nəzərdən keçiririk və tezliklə qonşu ölkələrə də bizim qazımız nəql ediləcək. Rumıniya artıq bu əməkdaşlıq formatının üzvüdür. Bu ilin sonuna qədər qazımız Macarıstana və Serbiyaya nəql ediləcək. Bununla da bizim qaz ixracımızın coğrafiyası genişlənəcəkdir”.
Dövlətimizin başçısı həmçinin qarşıda duran vəzifələrin anonsunu da verdi. Azərbaycan Avropa bazarına qaz təchizatını bu il 12 milyard kubmetrə çatdırmağı hədəfləyir, 2027-ci il üçün isə bu, 20 milyarda kubmetrə çatırılacaq. Təbii ki, bu da ölkəmizin iqtisadi qüdrətini daha da artıracaq, maliyyə imkanlarını genişləndirəcək. Həmçinin Azərbaycanda “yaşıl enerji” potensialı da xeyli yüksəkdir, ölkəmizdə küləkli və günəşli günlərin çox olması bu sahənin inkişafına geniş imkanlar açır. Hazırda bu istiqamətdə də fəal iş aparılır. Bu da ölkəmizin enerji potensialına əlavə güc qatacaq”.
Prezident İlham Əliyevin cari ilin 31 may tarixində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərində çıxışı bir daha təsdiqlədi ki, Azərbaycanın siyasi nüfuzunun yüksəlişi reallığa, gerçəkliyə əsaslanır.
Etibar Əhmədov
Xətai rayon İcra Hakimiyyəti