Avropa Azərbaycana güvənir
Azərbaycan Cənubi Qafqaz regionunun əsas ölkəsi olmaqdan çıxıb, Avropanın vacib tərəfdaşı olması yolunda əminliklə addımlayır.
"Avropa siyasi birliyi"nin Zirvə toplantısının builki yığıncağı da Azərbaycansız keçmir. Azərbaycan artıq Avropa üçün həyatı əhəmiyyət kəsb edir.
Bunu" Xalq Cəbhəsi"nə politoloq Azər Qasımov deyib.
Politoloqun fikrincə, Azərbaycan indi elə bir duruma gəlib ki, Avropa Azərbaycansız öz təhlükəsizliyini təmin edə bilmir. Rusiya ilə olan münasibətlərin kəsilməsindən sonra Avropanın əsas enerji təminatçısı rolunda çıxış edən və günü-gündən də istiqamətdə rolunu artıran Azərbaycanın güvənilir tərəfdaş olması hər kəsə aydın olur. Avropa "Azərbaycana güvənmək olar" tezisini daha çox mənimsəyir:
"Azərbaycan bu güvənirliyi uzun illər yürütdüyü siyasətlə qazanıb. Avropa Azərbaycanın ciddi və məsuliyyətli dövlət olmasını qəbul edib. Səbəb odur ki, Azərbaycan dövlətinin rəhbəri İlham Əliyevin heç bir problemdən çəkinmədən əzm göstərərək vaxtı ilə çəkilməsini təmin etdiyi qaz kəmərlərinin Avropanın, dolayısı ilə dünyanın təhlükəsizliyinin Avropadan öncə anladığı gerçəyidir. Bu, bir gerçəklikdir ki, indi Avropa üçün həlledici məqamda Azərbaycan dövləti və rəhbəri
Avropada keçirilən istər indiki, istərsə də digər tədbirlərin əsas və vacib ölkəsi kimi çıxış edir, Avropa ölkələrinin rəhbərləri Azərbaycan və onun başçısı haqda ağız dolusu söz açırlar.
Strateji düşünmək qabiliyyətinin Avropa ölkələrinin liderlərindən güclü olduğu Azərbaycan Prezidentinin məsləhət və təklifləri də onlarda öz təhlükəsizlikləri barədə kimə etibar edilməsi yolunda fikir formalaşdırır".