Sizin Reklam Burada

“Miatsum” kitabı bağlandı

“Miatsum” kitabı bağlandı Bildiyimiz kimi may ayının 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları Laçın rayonuna səfəri zamanı “Böyük Qayıdış” çərçivəsində Laçın şəhərinə qayıdan əhali ilə görüş keçirmiş və dövlətimiz tərəfindən müasir tələblər səviyyəsində inşa edilmiş evlərin açarlarını onlara təqdim etmişdir. Dövlətimizin başçısı görüşdə çıxış edərək öz doğma yurdlarına yenidən qayıdan soydaşlarımızı təbrik etmiş və bir sıra mühüm mesajlar vermişdir. Cənab Prezident çıxışı zamanı Azərbaycan-Ermənistan münasibətlərinə geniş yer verərək aparılan sülh danışıqlarının perspektivindən və ölkəmizin qətiyyətli mövqeyindən bəhs etdi.

Cənab Prezident qeyd etmişdir ki, 44 günlük Vətən müharibəsində əldə edilmiş Zəfər nəticəsində Ermənistanın təslim olması haqqında noyabrın 10-da imzalanan Bəyanat Qarabağın işğalına son qoymaqla yanaşı, “Miatsum” xülyasını da darmadağın etdi. Məlumat üçün qeyd etməliyik ki, cənab Prezidentin səsləndirdiyi “Miatsum” xülyası ermənilərin milli ideya hesab etdikləri “Miatsum” “Böyük Ermənistan” planlarının tərkib hissəsi idi. Tarix boyu tərkibində yaşadıqları dövlətlərə qarşı xəyanət edən və türk-islam düşmənçiliyini milli siyasətlərinin əsas istiqaməti kimi müəyyən edən ermənilər hər zaman xalqımıza qarşı düşmənçilik siyasəti yürüdərək “Böyük Ermənistan” yaratmaq xülyası ilə yaşamışlar. İmperialist güclərin maşası rolunu oynayan ermənilər Cənubi Qafqazda yerləşərək burada öz mənfur niyyətlərini həyata keçirməyə başlamışlar. Bununla yanaşı köçüb gəldikləri ərazilərdə özlərinə yer edəndən sonra arasında və ya qonşuluğunda yaşadıqları xalqların dəyərlərini öz adlarına çıxarmaqla saxta erməni tarixi formalaşdırmağa çalışıblar. Bununla yanaşı xüsusi olaraq qeyd edilməlidir ki, ümumiyyətlə Cənubi Qafqazda heç zaman erməni dövləti olmayıb. Bu saxta dövlət Rusiya imperiyası dağılandan sonra 1918-ci ildə yaradılmış və tarixi Azərbaycan şəhəri olan İrəvan şəhəri onlara peşkəş edilmişdir.

Sovet dönəmində də müxtəlif vaxtlarda mənfur qonşularımız özlərinin işğalçı niyyətlərini açıq şəkildə biruzə verərək Azərbaycana qarşı ərazi iddiaları irəli sürmüşdür. Xüsusilə ötən əsrin 60-cı illərindən başlayaraq Ermənilərin mənfur niyyətlərinin qarşısının alınmasında Ümummilli Lider Heydər Əliyevin qətiyyəti mühüm rol oynadı. Ulu Öndərin 1987-ci ildə Siyasi Bürodakı vəzifəsindən uzaqlaşdırılması nəticəsində ermənilər “Miatsum” fikrini ortaya atdılar. Məhz bunun nəticəsi olaraq 90-cı illərin əvvəlindən başlayaraq Qarabağ və ətraf ərazilərimiz erməni daşnakları tərəfindən işğal edildi. Ümummilli Liderin xalqın təkidli tələbindən sonra siyasi hakimiyyətə yenidən qayıdışı Azərbaycan dövlətçiliyini bəladan xilas etməklə yanaşı erməni təcavüzünün də qarşısının alınmasında önəmli oldu. Ulu Öndərin müdrik siyasətinin davamçısı Möhtərəm cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində “Miatsum” xülyasına da əbədi son qoyuldu. Cənab Prezidentin də qeyd etdiyi kimi İkinci Qarabağ müharibəsi nəticəsində biz düşməni darmadağın edərək torpaqlarımızı işğaldan azad etməklə yanaşı, “Miatsum” və separatizmin də kitabını bağlamış olduq. Ermənistan bundan sonra anlamalıdır ki, bölgədə var olmaq istəyirsə Azərbaycanın irəli sürdüyü prinsiplər çərçivəsində sülh müqaviləsini imzalamalıdır.

Samir Baxşiyev
YAP Siyəzən rayon təşkilatının sədri

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər