Sizin Reklam Burada

"Tehranın molla rejimindən hər cürə pislik gözləmək mümkündür"

"Tehranın molla rejimindən hər cürə pislik gözləmək mümkündür"Güney Azərbaycan milli azadlıq hərəkatının fəall liderlərindən biri, GünAz TV-nin rəhbəri və qurucusu Əhməd Obalı və oğlu Dənizin ABŞ-da vəhşicəsinə döyülməsi xəbərini böyük bir üzüntü hissilə qarşıladıq.

Obalılara hücum edən 6 nəfərin ABŞ polisi tərəfindən yaxalandığı bildirilir. Biz həmin şəxslərin İranın terrorçu-casus şəbəkəsinin üzvləri olduğu qənaətindəyik. Tehranın molla rejimindən hər cürə pislik gözləmək mümkündür.

Mollalar Güney Azərbaycandakı soydaşlarımızın müstəqil dövlətçiliyi uğrunda mübarizə aparan milli fəalları ən müxtəlif, amansız üsullarla aradan götürməyə, neytrallaşdırmağa çalışır. Ancaq onlar əks nəticə ilə üzləşəcəklər. Bu cür xain, repressiv üsullar fars-molla rejiminə qarşı nifrəti getdikcə daha da artıracaq.

Biz Milli Həmrəylik Partiyası olaraq Əhməd Obalıya və oğlu Dəniz bəyə "keçmiş olsun" deyir, onların tezliklə sağalmaları üçün dua edirik. Ümid edirik ki, Birləşmiş Ştatların hüquq-mühafiə orqanları da bu sui-qəsdi törədənləri və onların himayədarlarını tapıb layiqincə cəzalandırmaq üçün öz səylərini əsirgəməyəcək.

Güney Azərbaycan məsələsi artıq dünya birliyinin gündəminə oturmalıdır. Beynəlxalq təşkilatlar molla rejiminin azğınlığına səssiz qalmamalıdır.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər