QHT sədrinin Heydər Əliyevin 100 illiyi ilə bağlı yazıları Pakistan və Rusiya mediasında

QHT sədrinin Heydər Əliyevin 100 illiyi ilə bağlı yazılarıAzərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzinin sədri, tanınmış jurnalist Cavid Şahverdiyevin Pakistanın nüfuzlu Pakistanintheworld.pk və Rusiyanın Politrus.com internet resuslarında ümummili lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə bağlı yazıları çap olunub.

Müəllif yazılarda Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın xilaskarı olan ulu öndər Heydər Əliyevin Azərbaycan dövləti tarixində yeri və rolundan bəhs edib.

C.Şahverdiyev qeyd edib ki, ölkəmizin milli dövlət ənənələrinin qurulmasında və inkişafında misilsiz xidmətləri olan ulu öndər Heydər Əliyevin həyat və siyasi fəaliyyətinin müasir tariximizdə fövqəladə yeri var. Ölkənin, xalqın, Azərbaycan tarixinin, onun dövlətçiliyinin böyük təəssübkeşi olan Heydər Əliyev XX yüzilliyin sonunda öz müstəqilliyini bərpa edən Azərbaycanın xilaskarı oldu, beləcə ölkəmiz parçalanmaq, məhv olmaq təhlükəsindən yan keçdi.

Yazılarda 1993-cü ildə xalqın təkidi ilə yenidən hakimiyyətə gələn ümummili liderin Azərbaycanı bədbinlikdən çıxardığı, əhalinin sosial rifahının ildən-ilə yaxşılaşdığı, təhlükəsizliyinin təmin edildiyi, ölkə iqtisadiyyatının inkişaf etdiyi vurğulanıb.

O, qeyd edib ki, müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir. Ötən illərə nəzər salarkən Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərin bir daha şahidi oluruq. İntibah və milli şüurun oyanışı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlamış, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter almışdır. Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilmişdir.

Müəllif sonda vurğulayıb ki, Ümummilli Lider həm də Azərbaycan tarixində ən görkəmli dövlət xadimi kimi əbədi bir milli sərvət - Heydər Əliyev dövlətçilik məktəbini yaratdı. Ulu Öndərin 2003-cü ildə tarixi müraciətində xalqa müəyyənləşdirdiyi siyasəti davam etdirə biləcək dəqiq ünvanı göstərdi: "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm". Zaman Heydər Əliyevin bu inamını təsdiq edir və Ümummilli Liderin layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev Azərbaycana bacarıqla rəhbərlik edir, öz praqmatik və müdrik siyasəti ilə ölkəmizi irəli aparır. Dövlətin sükanının etibarlı əllərdə olduğunu görən xalq öz Prezidentinə daim dəstək verir və onun arxasınca inamla gedir.

Yazıların ingilis və rus dillərində tam mətnləri aşağıdakı linklərdə:

https://pakistanintheworld.pk/live/remembering-heydar-aliyev-the-legacy-of-a-visionary-leader/

https://www.politrus.com/20230503/great-azerbaycan/

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər